Cümə axşamı , Noyabr 12 2026
azfa

ABŞ İraqı İranın proksi qüvvələrinin hökumətə təsiri səbəbiylə sanksiyalarla hədələyir

GADTB: “Əl-Ərəbi Əl-Cədid”in yüksək rütbəli İraq rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası İrana qoşulan İraq silahlı qüvvələrinin yeni hökumətin formalaşmasına təsir göstərəcəyi təqdirdə İraqa mümkün iqtisadi və siyasi sanksiyalar barədə xəbərdarlıq edib.

Qeyd olunur ki, “Vaşinqton bu cür qruplara hesabat verən baş nazirlə əməkdaşlıq etməyəcək”.

Məhdudiyyətlər habelə bir sıra əsas nazirliklərə, o cümlədən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də beynəlxalq koalisiya qüvvələrinə, xüsusən də quru qoşunlarının qərargahlarına, terrorla mübarizə bölmələrinə və kəşfiyyata şamil ediləcək.

İraq Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, Vaşinqtonun Bağdada qarşı təzyiqləri əvvəlki illərlə müqayisədə artıb və bu, Vaşinqtonun İranyönlü qrupların ölkənin siyasi qərarlarına təsirini məhdudlaşdırmaq istəyini əks etdirir.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …