Cümə axşamı , Sentyabr 17 2026
azfa

Yaxın Şərqdəki problemlərin kökü İrandır

GADTB: ABŞ Senatının respublikaçı üzvü Lindsi Qraham İran hökumətinə qarşı sərt mövqeyini yeniləyərək, Tehranın “Yaxın Şərqdəki bütün problemlərin kökü” olduğunu bildirib.

Qraham gələn il Hizbullahın tərksilah ediləcəyinə, HƏMAS-ın məhv ediləcəyinə və İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşacağına ümid etdiyini vurğulayıb.

Respublikaçı konqresmen Co Uilson da İraqı İslam Respublikasının təsirindən azad etməyə çağırıb. O, Bağdadın Tehranın müttəfiqi olan silahlı qruplarla əlaqələri kəsməsinin vaxtının çatdığını söyləyib və deyib ki, İran İraqın ordusu, təhlükəsizlik strukturları və siyasi sisteminin böyük hissəsi üzərində təsirə malikdir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …