Çərşənbə axşamı , Mart 21 2023
azfa

ABŞ irqçi fars rejimə zənginləşdirdiyi uran miqdarının həddini aşdığı üçün xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Tramp irqçi fars rejimə zənginləşdirdiyi uran miqdarının həddini aşdığı üçün xəbərdarlıq edərək, rejimin odla oynadığını deyib.

ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Vaşinqton Tehranı uranın zənginləşdirilməsi prosesini dayandırmağa çağırır.

Onun sözlərinə görə, Tehrana uranın istənilən səviyyədə zənginləşdirilməsinə izn verilməsi səhvdir:

“Çox az şəxs İranın nüvə razılaşması imzalanana qədər onun şərtlərini pozmasına şübhə ilə yanaşır. ABŞ hesab edir ki, İrana uranın zənginləşdirilməməsinə izn verilməməsi ilə köhnə yayılmama standartları bərpa edilməlidir. ABŞ İrana nüvə silahı hazırlamağa izn verməyəcək və Tehrana öz fəaliyyət kursunu dəyişənə qədər maksimal təzyiqlərini davam etdirəcək. İran özünün nüvə ambisiyalarına son qoymalıdır. Heç bir razılaşma İrana öz gücüylə istənilən həcmdə uran zənginləşdirməyə izn verməməlidir. Vaşinqton İrana münasibətdə iqtisadi təzyiqlərini və diplomatik təcridi davam etdirəcək”.

Həmçinin yoxlayın

Ukrayna Krımda Rusiyanın təyyarə və helikopterləri olan hava limanını vuruldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Krımın Canköy şəhərində Ukraynanın raketlərlə zərbə endirdiyi hava …

Britaniya molla rejimin terrorçu Sepah təşkilatına sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Britaniya bazar ertəsi silahlı təşkilatın maliyyə sərmayələrinin idarə …

Bir cavab yazın