GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Maliyyə Nazirliyi irqçi fars rejimə qarşı sanksiyaların genişləndirdiyini bildirib. Qara siyahıya daha 16 şirkət, 9 fiziki şəxs və 6 tanker daxil edilib.
Sanksiyalar məruz qalan şirkətlər İranda, Livanda, Sinqapurda, Suriyada, BƏƏ və Hindistanda qeydiyyatdadır.
Fiziki şəxslər isə İran, Hindistan və Livan vətəndaşlarıdır.
Qara siyahıya salınan tankerlərdən 4-ü İran, digərləri isə Panama və Sent-Kits və Nevis Federasiyasının bayraqları altında üzür.
Sentyabrın 3 ABŞ-ın İran qurumlarına qarşı sankisyalar tətbiq etdiyi barədə məlumat yayılmışdı.
Qara siyahıya İranın Kosmik Agentliyi, Kosmos Aradşırmaları Mərkəzi və Astronavtika İnstitutu daxil edilmişdi.