Bazar ertəsi , Noyabr 9 2026
azfa

ABŞ kəşfiyyatı: Müctəba Xamenei atası ilə müqayisədə nüvə silahına sahib olmağa daha çox meyllidir

GADTB: ABŞ Prezidenti Donald Tramp dəfələrlə İrana qarşı hərbi əməliyyatların əsas məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bəyan edib. The New York Times qəzetinin ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən yaydığı məlumata görə isə, İslam Respublikasının yeni lideri Müctəba Xamenei atası Əli Xamenei ilə müqayisədə nüvə silahına sahib olmağa daha çox meyllidir.

Qəzetin məlumatına əsasən, ABŞ kəşfiyyat orqanlarının qiymətləndirmələri ilə tanış olan rəsmilər bildiriblər ki, Amerika kəşfiyyatı Müctəba Xameneinin atası Əli Xamenei ilə müqayisədə nüvə silahı əldə edilməsinə daha müsbət yanaşdığını hesab edir.

The New York Times yazır ki, Əli Xamenei ABŞ və İsrailin İrana qarşı hava hücumlarının ilk günündə rəhbərlik iqamətgahına endirilən zərbə nəticəsində həlak olub. O, 2010-cu ildə verdiyi fətvada nüvə silahı və digər kütləvi qırğın silahlarının istifadəsini haram elan etmişdi. Bununla belə, ABŞ rəsmiləri uzun illər İranın nüvə silahı əldə etməyə çalışdığını bildirsələr də, qəzetin yazdığına görə, Vaşinqtonda bəzi rəsmilər Əli Xameneinin bu məsələdə tərəddüdlərinin səmimi olduğunu düşünürdülər.

Məlumatda qeyd olunur ki, Müctəba Xamenei indiyədək açıq şəkildə nüvə silahının hazırlanmasını dəstəkləyən bəyanat verməyib. Bununla belə, ABŞ kəşfiyyat orqanlarının qiymətləndirməsinə əsasən, o və ABŞ-İsrail hücumları nəticəsində əvvəlki rəhbərliyin bir sıra nümayəndələrinin həlak olmasından sonra təsir imkanlarını artıran sərt xətt tərəfdarları İranın nüvə silahına sahib olmasını dəstəkləyirlər.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …