Bazar ertəsi , Avqust 24 2026
azfa

ABŞ rəsmiləri Axios-a deyiblər ki, sanksiyalar İslam Respublikasına bombardmandan daha çox zərər vura bilər

GADTB: Axios saytının yüksəkvəzifəli ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası hesab edir ki, iqtisadi sanksiyalar və dəniz blokadası hərbi hücumlardan daha gec təsir göstərsə də, nəticə etibarilə İran İslam Respublikasına daha böyük zərər vura bilər.

Rəsmilərin sözlərinə görə, kəşfiyyat hesabatlarında İranda iqtisadi böhranın dərinləşdiyi, benzin qıtlığının yarandığı, banklara kütləvi axın riskinin artdığı və hökumətin özünə bağlı qüvvələrə maliyyə vəsaiti ödəməkdə çətinlik çəkdiyi qeyd olunur. Onlardan biri bildirib ki, İran rəsmiləri “ABŞ Müdafiə Nazirliyindən daha çox ABŞ Maliyyə Nazirliyindən qorxurlar”.

Axios yazır ki, maliyyə resurslarına çıxış və sanksiyaların yumşaldılması Tehranın dolayı danışıqlarda əsas tələblərindən biri olub. Bunun müqabilində Donald Tramp təzyiqlərin azaldılmasını Hörmüz boğazı ilə bağlı razılaşma və İranın əlində qalan nüvə materiallarının təhvil verilməsi ilə şərtləndirib.

ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmilərindən biri Axios-a deyib: “İranlılar bombardmanın dayanmasını və pul istəyirlər. Ancaq bu iki məsələ arasında prioritet demək olar ki, əksinədir. Onlar ilk növbədə maliyyə vəsaiti istəyirlər.”

Məlumata görə, ABŞ rəsmilərinin bildirdiyinə əsasən, iranlı nümayəndələr əvvəlki danışıqlarda ABŞ nümayəndələri Cared Kuşner və Stiv Vitkoff ilə görüşlər zamanı maliyyə resurslarına çıxışı əsas prioritetlərindən biri kimi təqdim ediblər.

ABŞ rəsmilərindən biri əlavə edib: “Onlar Stiv və Careddən maliyyə vəsaiti istəyirlər. Buna çox ciddi ehtiyacları var.”

Digər ABŞ rəsmisi isə Axios-a bildirib ki, ABŞ-ın sanksiyaları və dəniz blokadası Tehranın danışıqlara məcbur edilməsi baxımından, Trampın indiyədək təsdiqləmədiyi genişmiqyaslı bombardman kampaniyası ilə müqayisədə daha çox vaxt tələb edir.

Başqa bir ABŞ rəsmisi isə qeyd edib: “Prezidentin hər iki yolla uğur qazanmaq imkanı var. Birləşmiş Ştatlar bu müharibəni hərbi baxımdan son həddə qədər davam etdirə bilər. Eyni zamanda, İrana qarşı iflicedici iqtisadi sanksiyalar tətbiq etmək imkanına da malikdir.”

Həmçinin yoxlayın

Evin həbsxanasında beş azərbaycanlı fəalın sağlamlıq vəziyyətinin ağırlaşması barədə hesabat: aclıq aksiyasından sonra verilən müalicə vədləri hələ də nəticəsiz qalıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbusların fiziki vəziyyəti ilə bağlı yayılan hesabata əsasən, bir …

Basent: “İran rejiminə qarşı son mərhələyə daxil olmuşuq”; tarixdə düşmənə qarşı ən böyük maliyyə hücumu başlayır

GADTB: ABŞ-ın maliyyə naziri Skott Basent Donald Tramp administrasiyasının İran İslam Respublikasına qarşı kampaniyasının “son …