ABŞ Rusiyanın işğalçı fars rejimə təyyarə satmasının qarşısını aldı

ABŞ Maliyyə Nazirliyi “Sukhoi Superjet 100” təyyarəsinin irqçi fars rejimə satılması üçün ixrac sertifikatı verməkdən imtina edib.

Buna səbəb rus təyyarəsinin 10 faizdən artıq detallarının ABŞ istehsalı olmasıdır.

Göstərilən həddin keçildiyi hallarda isə məhsulun satışı üçün ABŞ Maliyyə Nazirliyinin razılığına ehtiyac duyulur.

İran Hava Yolları Assosiasiyasının təmsilçisi Maqsud Əsədi Samaninin sözlərinə görə, detalların əvəzlənməsi prosesi də olduqca böyük zaman tələb etdiyindən müqavilənin icrası hazırda real görünmür.

Qeyd edək ki, müqavilədə İran tərəfinə 40 təyyarə satılması nəzərdə tutulmuşdu.

 

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …

Bir cavab yazın