Cümə axşamı , Noyabr 12 2026
azfa

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq həbs-qətimkan tədbirinin müddəti başa çatsa da, o, girov müqabilində azadlığa buraxılmayıb və barəsindəki həbs-qətimkan tədbiri uzadılıb.

Məlumata əsasən, Mirzayinin ailəsi onun girov qarşılığında azad ediləcəyinə ümid edərək prokurorluğa müraciət edib. Lakin iş üzrə müstəntiq Həsən Kərimi onlara bildirib ki, Siyamək Mirzayinin həbs müddəti uzadılıb və hazırda onun azadlığa buraxılması mümkün deyil.

Halbuki, bundan əvvəl həmin müstəntiq ailəyə bildirmişdi ki, bir aylıq həbs müddəti başa çatdıqdan sonra girov qarşılığında azadlığa buraxılması üçün şərait yaranacaq. Bu vədin yerinə yetirilməməsi ailənin narahatlığını və qeyri-müəyyənliyini daha da artırıb.

Siyamək Mirzayi 7 tir 1405-ci il tarixində Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən Əli Vasiqi və Əsgər Əkbərzadə ilə birlikdə saxlanılıb.

Bundan əvvəl yayılan məlumatlarda bildirilmişdi ki, hər üç azərbaycanlı fəala qarşı “qanunsuz qruplara üzvlük” və “rejim əleyhinə təbliğat aparmaq” ittihamları irəli sürülüb.

Həmçinin yoxlayın

SEPAH Oman körfəzindəki Didamar adasında gəmilərin naviqasiya sistemlərini hədəfə alıb

GADTB: SEPAH Hörmüz boğazında Omanın nəzarətində olan Didamar adasında gəmilərin naviqasiya sistemlərinə hücum edib. Dəniz …

Sülh sazişi SEPAH-ın təhdidlərinə son qoyulacağına zəmanət vermir

GADTB: “The Wall Street Journal” qəzetinin redaksiya məqaləsində xəbərdarlıq edilib ki, hətta İran İslam Respublikası …