Bazar ertəsi , Fevral 9 2026
azfa

ABŞ uyğur türklərinin hüquqlarının pozulması ilə bağlı Çin şirkətlərinə sanksiya tətbiq etdi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ uyğur türklərinin hüquqlarının pozulması ilə bağlı Çinin 9 şirkətinə sanksiya tətbiq etdi.

Çinin Tibbi Ekspertiza Müəssisəsi və 8 digər Çin şirkəti Şərqi Türküstanda uyğur türklərinə zülm və onların hüquqlarını pozması ilə bağlı sanksiya siyahısına daxil ediliblər.

Ümumilikdə isə ABŞ-ın Ticarət Nazirliyi Çinin 33 hökumət və kommersiya təşkilatını qara siyahısına daxil edib.

Nazirliyin siyahısına Çinin institutları, universitetləri və bir sıra yüksək texnologiya şirkətləri daxil olub.

Bu siyahıdakı 9 təşkilatın uyğurlara qarşı insan haqlarının pozulmasında ittiham edildiyi vurğulanıb. Yerdə qalan 24 şirkət isə ABŞ-ın xarici siyasət və milli təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edilib.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın