Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanla Türkmənistan Xəzərdən fiber-optik rabitə xətlərinin tikintisini müzakirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın rabitə operatoru “AzerTelecom” MMC və Türkmənistanın Dövlət Telekommunikasiya Şirkəti “Turkmentelecom”un nümayəndələri arasında onlayn görüş baş tutub.

Onlayn iclasın əsas mövzusu Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında layihənin həyata keçirilməsi olub.

Qeyd olunub ki, qədim zamanlarda Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihənin həyata keçirilməsi Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək.

Agentlikdən verilən məlumata görə, telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilib, eyni zamanda fiber-optik rabitə xətlərin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və qorunması şərtləri müzakirə olunub.

Həmçinin yoxlayın

Çaroymaqda məktəbin vəziyyəti İran rejiminin Azərbaycana qarşı müstəmləkəçi siyasəti göstərir

GADTB: Çaroymaq rayonunda yerləşən Şəhid Qənbərpur məktəbindən yayılan görüntülər təhsil infrastrukturunun acınacaqlı vəziyyətini nümayiş etdirir. …

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Bir cavab yazın