Cümə axşamı , Oktyabr 15 2026
azfa

ABŞ və molla rejimin qarşılığılı hücumları ilə gərginlik regionda artdı

GADTB: Bölgədə gərginliyin davam etdiyi bir vaxtda İran İslam Respublikasının silahlı qüvvələri İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki hərbi bazalara hücum etdiyini açıqlayıb. Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, nəhəng neftdaşıyan gəmi Hörmüz boğazında dəniz minalarına dəydikdən sonra alovlanıb və hərəkətini davam etdirə bilməyib.

İran İslam Respublikasının ordusu bazar ertəsi, sentyabrın 9-da ABŞ-ın Lark adasına son hücumuna cavab olaraq BƏƏ-dəki Əl-Minhad hava bazasını “onlarla kamikadze pilotsuz uçuş aparatı” ilə hədəfə aldığını açıqlayıb.

Ordunun ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı bəyanatda Əl-Minhad “xarici qüvvələrin hava dəstəyi və daşınması üçün mühüm mərkəzlərdən biri” kimi təqdim olunub və ABŞ ordusuna məxsus helikopterlərin və hərbçilərin yerləşdiyi ərazinin əməliyyat zamanı hədəfə alındığı bildirilib.

Bununla belə, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi Əl-Minhad bazasına “raket hücumu” edildiyi barədə məlumatı təkzib edib.

BƏƏ Müdafiə Nazirliyi eyni zamanda İran istiqamətindən ölkənin ərazi sularına yaxınlaşan pilotsuz uçuş aparatının ölkənin hava qüvvələri tərəfindən zərərsizləşdirildiyini təsdiqləyib.

Nazirlik əlavə edib ki, silahlı qüvvələr mümkün hər hansı təhlükəyə qarşı tam döyüş hazırlığı vəziyyətindədir və ölkənin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumağa hazırdır.

Bundan bir neçə saat əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İordaniyadakı Kral Hüseyn və Əl-Əzraq hava bazalarına qarşı raket və pilotsuz uçuş aparatı əməliyyatı həyata keçirdiyini açıqlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına əsasən, bu iki bazadakı “texniki və təmir infrastrukturu, eləcə də düşmən qırıcılarının yerləşdiyi ərazilər” hədəfə alınıb və onlara “ağır ziyan” vurulub.

Digər tərəfdən, ABŞ rəsmisi sentyabrın 9-da səhər saatlarında Foks Nyusa bildirib ki, İran İslam Respublikasının son hücumlar zamanı buraxdığı raketlərin demək olar ki, hamısı havada ələ keçirilib.

İordaniya ordusu da ölkənin hava məkanına daxil olduqdan sonra səkkiz raketin qarşısının alındığını açıqlayıb.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …