Bazar , Noyabr 15 2026
azfa

ABŞ yeni Hörmüz boğazı açıqlaması

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Hörmüz boğazının neft tədarükünə açıq saxlanılması üçün üzərinə götürdüyü öhdəliklərə sadiqdir.

Bunu “Skay Nyus Arabia” televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, ABŞ-ın İran neftinin tədarükünə noyabrın 4-dən etibarən qadağa qoyacağını xatırladıb.

Onun sözlərinə görə, ABŞ hazırda dünya ölkələrindən İrana qarşı qoyulan sanksiyalara əməl ediləcəyi ilə bağlı zəmanət almağa çalışır:

“Əsas hədəfimiz İranın öz siyasətini davam etdirməsi üçün lazımi vasitələrə sahib olmamasına şərait yaratmaqdır. İrandakı rejim bilməlidir ki, bu ölkədəki iqtisadi situasiya İranın normal dövlət olacağı ana qədər davam edəcək”.

 

 

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın