Bazar , Sentyabr 20 2026
azfa

ABŞ Yunanıstana F-35 satmaqla Türkiyəyə təzyiq göstərməyi qarşıya məqsəd qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin Təqaüddə olan Zabitlər Cəmiyyətinin sədri, istefada olan aviasiya generalı Ərdoğan Karakuş deyib ki, ABŞ Yunanıstandan Türkiyəyə dolayı təzyiq faktoru kimi istifadə edir.

“ABŞ Yunanıstanı vaxtaşırı silahlandırsa da, Vaşinqton Türkiyə ilə döyüşə ehtiyacı olmadığını deyir. Ancaq həm Yunanıstan, həm də PKK-dan istifadə ilə Ankaraya dolayı təzyiq var. Digər tərəfdən, ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı xəbərlər fonunda Vaşinqtonun Yunanıstan timsalında dəstəyə ehtiyacı var”, – Karakuş bildirib.

Onun sözlərinə görə, Yunanıstan artıq müstəqil ölkə deyil, çünki ABŞ Afinadan baza kimi istifadə edir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Yunanıstana 8,6 milyard dollara beşinci nəsil F-35 döyüş təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqlədiyi bildirilib. Dövlət Departamenti həmçinin Türkiyəyə 23 milyard dollara F-16 döyüş təyyarələri və avadanlıqlarının mümkün satışını təsdiqləyib.

Türkiyə ABŞ-dan 40 yeni F-16 qırıcısı, artıq xidmətdə olan 79 təyyarənin modernləşdirilməsi, əlavə avadanlıq, naviqasiya sistemləri, silah və sursat, raketlər, ehtiyat hissələri, yer terminalları və təlim sistemləri tələb edib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …