Bazar , Oktyabr 18 2026
azfa

Ərdəbildə azərbaycanlı fəalara dəstək; “Özgürlük çarçılarını dustaqlar susdura bilməz!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Güney Azərbaycanın Ərdəbil şəhərində irqçi fars-molla rejimi tərəfindən həbs edilən azərbaycanlı milli fəalların azadlıq tələbilə aksiya keçirilib.

Bir qrup azərbaycanlı fəal bu məqsədlə molla rejimin həbs etdiyi azərbaycanlı fəalların şəkilllərini və milli şüarları ehtiva edən çox sayda posterlər çap edərək divarlara yapışdırıblar.

Beləliklə azərbaycanlı milli fəallar rejimin həbs etdiyi azərbaycanlı milli fəallara dəstək verərək onların dərhal buraxılmalarını tələb ediblər.

Azərbaycanlı fəalların şəhərin ictimai yerlərində divarlara yapışdırdığı posterlərdə həmçinin yazılıb: “Özgürlük çarçılarını dustaqlar susdura bilməz!”.

Bundan öncə də azərbaycanlı fəallar Güney Azərbaycanın müxtəlif şəhərlərin oxşar aksiya keçiriblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …