Çərşənbə , Noyabr 11 2026
azfa

ABŞ Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana xəbərdarlıq etdi

GADTB: ABŞ rəsmisi  Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana xəbərdarlıq edib. ABŞDövlət Departamentinin sözçüsü Temmi Brus mətbuat konfransında, azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun İran və ya Rusiya Zəngəzur dəhlizinə mane olmağa çalışarsa, ABŞ-nin hansı addımlar atacağı haqda sualına belə cavab verib:

“Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə spekulyasiya etmək fikrində deyiləm. Bütün dünya bilir ki, Prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu razılaşma onun üçün çox önəmlidir”.

O, əlavə edib ki, Azərbaycan və Ermənistan Amerika ilə iqtisadi sazişlər imzalayıb və bu sazişlər ABŞ biznesi üçün yeni imkanlar yaradır. Brusun sözlərinə görə, Aİ, Fransa, Rusiya və Baydenin ABŞ-ni da daxil etdiyi səylərlə Ermənistan və Azərbaycan arasında sülh üçün çalışıblar, ancaq buna yalnız Tramp nail olub.

Brus həmçinin deyib: “Dünya bilir ki, Tramp münaqişələrin nə qədər davam etməsinə baxmayaraq, ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir”.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …