Cümə , Oktyabr 16 2026
azfa

Evin Həbsxanasının kilinika həkimi Araz Aman ölümlə hədələyib

GADTB: Evin Həbsxanasında həbsdə olan azərbaycanlı fəal Araz Aman şiddətli diz ağrılarından müalicə üçün müraciət etdiyi üçün bazar ertəsi günü həbsxana həkiminin təhdid və alçaldıcı ifadələri ilə üzləşib.

Ailəsinə yaxın olan məlumatlı mənbə deyib: Həbsxana həkimi Amanın fiziki vəziyyətini araşdırmaq əvəzinə alçaldıcı və hədələyici bir tonda dedi: “Əgər siz və sizin kimilər asılsanız, ağrılarınız bitər”.

Cənab Aman 2024-cü il fevralın 7-də məhkəmənin qərarı olmadan Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bir il həbsdən sonra Tehran İnqilab Məhkəməsinin hakim Əbülgəsim Salavatinin rəhbərlik etdiyi 15-ci şöbəsi onu “casusluq” ittihamı ilə 8 il, “milli təhlükəsizlik” ittihamı ilə isə 5 il həbs cəzasına məhkum edib.

O, həmçinin iki il müddətinə partiya və qruplara üzvlük, media fəaliyyəti, ölkədən çıxış qadağan edilib. Bu qərar apellyasiya şikayətindən sonra Tehran Əyalət Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərilib və təsdiqlənib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …