Çərşənbə axşamı , May 26 2026
azfa

Aclıq aksiyasında olan azərbaycanlı milli fəala ailəsi ilə telefon əlaqəsinə icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 16-da Urmiya gölünün qurudulmasına qarşı etirazların keçirilməsi ilə bağlı İran rejiminin Təbrizdə yaxaladığı azərbaycanlıı fəal İbrahim Asimani (Azəroğlu) 5-ci gündür aclıq aksiyasına davam edir.

Azərbaycanlı fəalın yaxınlarının bildirdiyinə görə, İbrahim Asimaninyə ailəsi ilə telefon danışığına qadağa qoyulub və iyulun 21-dən sonra onunla telefon əlaqəsi saxlamaq mümkün olmur.

Qeyd edək ki, İbrahim Asimani (Azəroğlu) iyulun 16-da Urmiya gölünün qurudulmasına qarşı keçirilən etirazlarla bağlı yaxalanıb.

O, bundan öncə yaxınları vasitəsilə zindandan yaydığı səs qeydində faylında bazarında getdiyi zaman haqsız yerə saxlanıldığını, heç bir günahının olmadığını demişdi. Azərbaycanlı fəal haqsız yerə yaxalandığı üçün rejimin Təbrizdəki zindanında aclıq aksiyasına başlayıb.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …