Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Əli Mütəhhəridən İranın yanış siyasətlə antimüsılman siyasəti yeritdiyinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın islamçı ideoloqunun oğlu və iranlı siyasətçi Əli Mütəhhəri neçənci dəfə olaraq etiraf edir ki, rəhbərlik etdikləri İran antimüsəlman siyasəti yeridir.

Mütəhhəri İranın dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin son açıqlamalarına cavab olaraq bu barədə verib: “Heç kim təkcə Qərbə doğru yönəlməli olduğumuzu yox, əksinə hamı Şərqə baxışdan əlavə, Qərbə doğru getməli olduğumuzu deyir”.

Əli Mütəhhəri İranın müsəlman uyğur türklərini soyqırıma məruz qoyan Çinlə strateji əməkdaşlığını nəzərdə tutaraq deyib: “İnqilabçılıq jestindən əl çəkməli, xalqın və İslam inqilabının maraqlarını və mənafeyini bundan artıq məntiqsiz şüarlara qurban vermək lazım deyil. Təəssüflər olsun ki, İslam Respublikası Çinə iqtisadi ehtiyacı və ifrat anti-Amerika siyasəti ucbatından Çinin müsəlmanlara qarşı cinayətləri qarşısında səssiz qalıb”.

Qeyd edək ki, İran rejimi və şəxsən Əli Xamenei həmçinin Xocalıda şiələri qətliam edib, müsəlman Azərbaycan türklərinin ərazilərini işğal etmiş Ermənistanı da açıq şəkildə dəstəkləyir. İran və Xameneinin bu siyasətinə antiislan siyasətdən başqa heç bir ad vermək mümkün deyil.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …