Çərşənbə , Oktyabr 21 2026
azfa

AFİ-nin təşkilatçılığı və GADTB-nin iştirakı ilə “22 May Azərbaycanın Güneyində Milli Oyanış Günü”  adlı konfrans keçirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən İsveç Azərbaycan Federasyonu-AFİ-nin təşkilatçılığı və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) geniş tərkibdə qatılımı ilə “22 May Azərbaycanın Güneyində Milli Oyanış Günü” təşkilatlararası ortaq konfransı keçirilib.

Açıq formatda keçirilən konfransda əsas çıxışçı GADTB başqanı sayın Əjdər bəy Təğızadə Güney Azərbaycanda şanlı 1 xordad (22 may 2006-ci il) qiyamı və İran adlanan yer rejiminə qarşı Güney Azərbaycanda ulusal ayaqlanma – Milli Oyanış gününün 15-ci il dönümü ilə bağlı çıxış edib.

GADTB başqan müavini sayın Eldar Qaradağlı, GADTB Beynəlxalq Əlaqələr Departamenti sədri sayın Mikayil Oyta və GADTB İnsan və Qadın Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun və s. iştirakçılar konfransda çıxış ediblər.

Konfransın isə Arif Rəhimoğlu, Teymur Əminbəyli və Eldar Qaradağlı yönətiblər.

Konfransın videosunu təqdim edirik:

https://www.facebook.com/932438970479398/videos/1454419328226005

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …