Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran rejimi Xudafərin körpüsü ətrafına giriş qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin sərhədçiləri Xudafərin Körpüsü yaxınlığında turizm mərkəzində hərbi baza quraraq, insanların və yoldan keçən sərnişinlərin bu körpüyə yaxınlaşmasına icazə vermirlər.

Şahidlərin sözlərinə görə, dövlət məmurları vətəndaşların körpüyə yaxınlaşmasına və ətrafı gəzməsinə qadağa qoyub.

Artıq körpüdən nisbətən uzaqda bir xatirə fotoşəkili çəkməyə də icazə verilmir. Zabitlər bəzi hallarda körpüyə yaxınlaşdıqları təqdirdə vətəndaşları həbs etməklə hədələyirlər.

İran rejimi Xudafərin körpüsünün şimal hissəsi Ermənistan tərəfindən işğalda olduğu zaman vətəndaşların körpünü ziyarət etməsinə məhdudiyyət qoymurdu. Azərbaycanlılar tez-tez çaya yaxınlaşəb və suya toxunub bölgənin təbiətini seyr edirdilər. Burada hətta ziyarətçilər üçün kiçik bir qonaq evi var idi. Lakin Xudafərin azad edildikdən sonra İran rejimi burada bir hərbi baza yaradıb.

Qeyd edık ki, Xudafərin körpüsü, Quzey Azərbaycan ilə Güney Azərbaycan arasındakı əlaqənin simvolu və eyni zamanda Azərbaycanın hər iki tərəfindəki xalqın ayrılıq rəmzidir. 27 illik işğaldan sonra, keçən ilin oktyabr ayında Azərbaycan ordusu bu tarixi körpünü erməni işğalından azad etdi və körpü üzərində Azərbaycanın müqəddəs bayrağı dalğalandı.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …