Cümə , Avqust 21 2026
azfa

Afrinlə bağlı yeni xəbərlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində 3444 terrorçunu zərərsizləşdirib.

TSQ və ASO-nun ötən gündən etibarən mühasirəyə aldığı Afrində mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün humanitar koridor yaradılıb.

TSQ yaradılan koridor vasitəsilə dinc əhalinin cəbhə bölgəsindən rejim nəzarətində olan ərazilərə keçməsinə şərait yaradıb.

TSQ və ASO-nun yaratdığı koridor barədə informasiya Afrin əhalisinə mobil telefonlara göndərilən mesajlar vasitəsilə çatdırılıb. Mesajlar kürd və ərəb dilində yazılıb. TSQ şəhəri tərk etmək istəyənlərə elan vərəqələri də paylayıb.

“Şəhəri tərk etdikdən sonra təhlükəsizliyinizi TSQ və ASO təmin edəcək”, – mesajlarda yazılıb.

Türkiyənin təhlükəsizlik qurumları həmçinin PKK-nın Afrində əl atdığı təxribatların qarşısının alınacağını və terrorçuların küncə sıxışdırıldığını bildirib. Belə ki, Afrinin mərkəzində səngər, sığınacaq və s. hazırlanması işlərini sürətlənirən PKK əhaliyə onları ASO və TSQ-dan qoruyacağını çatdırıb. Şifrəli rabitə kanalları rahatlıqla aşkar edilən PKK-nın xüsusən Qəndil qrupu sıralarında böyük qorxu olduğu müşahidə edilib. Buna görə də PKK-YPG terrorçuları arasında əməliyyatın qarşıdakı mərhələsində kütləvi şəkildə təslim olma prosesinin başlayacağı ehtimal edilir.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın