Şənbə , Aprel 27 2024
azfa

Alban çarı Cavanşirin ölümündən sonra başverən hadisələr

GADTB: Cavanşirin öldürülməsindən sonra, yəni 681-ci ildə onun qardaşı II Varazmanın oğlu I Varaz – Tiridat əmisinin yerinə Arranın məliyi oldu. O da Cavanşir kimi həm Bizansa, həm də İslam xəlifəsinə tabe olmağı qəbul etdi. Həmin il hunlar (xəzərlər) Cavanşirin ölümünün qisasını almaq adı ilə Qəbələni yağmaladılar. Yeni məlik dərhal katalikos I Yelizarı onların yanına göndərib, katalikosun vasitəsilə onlarla danışıqlara başladı və sülh bağlamağı bacardı (Kalankaytuklu M., 2006, s. 160-161).

I Varaz-Tiridat hakimiyyətinin ilk dövründə Bizansın ölkə üzərində  təsiri güclənmişdi. Çar özü 694-cü ildə Bizansa gedib, 5 il Konstantinopolda yaşamaq məcburiyyətində qaldı. 699-cu ildə Arrana qayıtı və İslam xilafətinə tabe oldu. Nəticə də imperator II Yustinian tərəfindən övladları həbs olundu. Övladları Vətənə yalnız onun ölümündən sonra qayıda bildilər. Yerinə oğlu II Vardan məlik oldu. II Vardan 694-cü ildə atası ilə Konstantinopola gedib 711-ci ilədək orada əsarətdə qalmışdır. Elə həmin illərdə də Pavlikanlar hərəkatına qoşulmuşdu, necə qoşulduğu məlum deyil. Kirill Tumanovun yazdığına görə o 710-cu ildən sonra vəfat etmişdir.

(Cyril Toumanoff, 1962).

Mehranilər sülaləsindən sonuncu Alban məliyinin II Varaz Tiridat olduğu və onun 822-ci ildə ölümü ilə bu sülalənin hakimiyyətinin son bulduğu bilinməkdədir.

“Alban tarixi”nin III kitabının “Əmirəl mömin Əbdülməlikin xadiminin Albaniya knyazlarının rütbələri əsasında düzəltdiyi siyahı. Bu siyahı xəlifə divanına təhvil verilir” başlıqlı VIII fəslində dövrün Alban məlikləri barədə belə bir məlumata rast gəlirik:

“…Birinci mən, Albaniya knyazı (məliyi) Şero, sonra Albaniyanın başbaş sipəhsaları Cavanko, sonra çar nəslindən Vardan və onun qardaşı Qavik, Vaxtanq-e Varazmaneyan (onların cədləri Mehranilər soyundan olan Vardan Kaç idi. Albaniya çarı Vaçaqanın dövründə o, Aquen (Aluen) kilsə qurultayında sədrlik edirdi. O, Girdimana köçmüşdü); sonra çar nəslindən olan Patrik-s Karoyan. Bu da həmin çar Vaçaqanın icazəsiylə Ağbəd vilayətinə köçmüşdü. Bu kitabın lazımi yerlərində adı çəkilən Cəsur Vaçaqan və Vaçe onun cədləri idilər; Köçüb Qəbələ və Koqtda məskun olan Vahane Varaz-Yohaneyan; İranın İstəhr

vilayətindən Uti vilayətinin Kalankatık (Kağankatık) kəndinə köçən Rüstəm-e Varazköyan; Dəyləmdə yaşayan, sonra tərk edib Albaniyada çarın bəxş etdiyi torpaqlarda yaşayan Dəyləm hakiminin oğulları Kürdəkeyan və Məhəmməd-e Şiruyan. Bütün bu adamlar əmirəlmömin Əbdülməlikin divanına verilən siyahıda yazılmışdır…”

(Kalankaytuklu M., 2006, s. 193).

822-ci ildə II Varaz Tiridatın ölümü ilə Mehranilər sülalənin hakimiyyəti son bulduqdan sonra xronologiya baxımından adı elmə məlum olan ilk Alban məliyi Səhl ibn Sumbatdır. Tovma Artsuruni ondan başqa daha iki alban məliklərin də adını qeyd edir: Atrnerseh və Esayi Əbu Musa

(Minorsky W., s. 522).

Gürcü mənbələri VIII əsrin əvvəllərində Taron əyalətindən Şəkiyə köçmüş üç qardaşdan söhbət açır və onların öz əmiləri Artnersehin gözlərini kor etdikdən sonra Şəkiyə köçdüklərini bildiri. (Minorsky W., s. 506).

Musa Kağankatlı ondan “Şəki hakimi” kimi söz açır. II Varaz Tiridatın ölümündən sonra Xaçın ərazisini idarə etməyə başlamış, bir müddət sonra Arranın böyük hissəsini özünə tabe

etmişdi (Minorsky W., s. 504-529). Həmin dövrdə o, hələ ki “Arranın batriki” titulunu daşıyırdı.

(Franz Rosenthal, 1989, IX, s. 54).

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Səhlin mülkü hesab edilən Şəki ərazisi Azərbaycandakı Şəki şəhəri yox, Zəngəzur ərazisində yerləşən eyni adlı kənd olmuşdur.

(Буниятов З. М., 1959).

F. Məmmədovanın yazdığına görə, “Səhl, Bazarçay-Həkəriçay hövzəsində strateji cəhətdən vacib Şəki vilayətinin hakimi olmuşdur və bu Şəki vilayətinin Kür çayından şimalda yerləşən Azərbaycanın Şəki şəhəri ilə heç bir əlaqəsi yoxdur.

(Mамедова Ф., 2005, s. 393).

Səhl ibn Sumbatın dəqiq doğum və ölüm tarixi məlum deyil, 855-ci ildən sonra öldüyü hesab edilir. Arranşahlardan olduğu bilinməkdədir.

(Toumanoff Cyril, 1963, s. 257-258; Bünyadov Z., 2007, s. 179).

1897-ci ildə T. İ. Ter-Qriqoryan tərəfindən Səhl ibn Sunbatın etnik mənşəyinin dəqiq göstərildiyi mənbə materialları nəşr edilmişdir. Musa Kağankatlının “Alban tarixi” nin nəşr versiyalarına daxil edilməmiş məlumatları tədqiqata cəlb edən müəllif, əsərin Matendaranda saxlanan əlyazmasında Səhl ibn Sunbatın Arranın ilk hökmdar sülaləsi Arranşahlar sülaləsinə mənsubluğunu bildirir. Sözügedən istinadda deyilir ki, Tavağanın (Tvağanın // miladın // doğuşun) 286-cı ilində (1. 05. 837 – 30. 04. 838) Bağdaddan qəflətən 20 000 atlı çıxıb, Alban ölkəsinə hücum etdi. Bunun ardınca Zarmirxaqan hökmdar nəslindən olan Səhl Smbatean böyük şəhid Georgini köməyə çağırıb gözünü ona zillədi və qartal aciz quşların üzərinə şığıdığı kimi, onlara hücum etdi, Onları qırıb çöllərə saldı və qaçmağa məcbur etdi.

(Тер-Григорян Т. И., 1897, s 161-162).

Bu məlumata münasibət bildirən Z.Bünyadovun yazdığına görə, “bu parça aydın şəkildə göstərir ki, Səhl Alban padşah nəsli Zarmirx nəslindən idi və Mehrani Vardan Zarmirx xanədanından 60 nəfəri nahara dəvət edərək, onlara «zəhərli çörək» verib hamısını məhv edəndə diri saxladığı yeganə nümayəndə idi”

(Bünyadov Z., 2007, s. 205). Alim yazır ki, “Tarix”in nəşrlərdə buraxılmış hissələrinə gəldikdə, burada, o zamana qədər mənşəyi məlum olmayan alban knyazı Səhl ibn Sunbatın nəsil şəcərəsi təqdim edilir (Буниятов З. М., 1961).

Ç. Dousett də Səhl ibn Sunbatın Arranşahların Zarmixr nəslinə mənsub olduğunu və etnik mənşəcə alban olduğunu bildirmiş, onu Baqratuni xanədanına aid edən tədqiqatçıların

(Улубабян Б. А., 1973, s. 15) fikirlərini qəti şəkildə rədd etmişdir (Dowsett, C..J., 1957, s. 462-463).

Bununla belə, Səhl ibn Sunbat bəzi ərəb mənbələrində, məsələn, Əl-Məsudi (Абу-л-Хасан Али ибн ал-Хусайн ибн Али ал-Масуди, 2002. s. 262 və qeyd 52) və Ət-Təbəri (The History of Al-Tabari, 1991, s. 76) kimi ərəb müəlliflərin əsərlərində “əl-Ərməni” ləqəbi ilə yad edilir. Bəzi ərəb müəllifləri isə

onu “Ərməniyyə patriki” anlamına gələn “batrik əl-Ərməniyyə” (Баладзори, 1927, s. 21)  və ya “batrik əl-Ərmən” (Bünyadov Z., 2007, s. 327-329) titullarıyla təqdim edirlər. Ərəb mənbələrindəki bu faktlara istinad edilən bir çox tədqiqatlar da Səhl ibn Sunbatın erməni – hay mənşəli olması göstərilir (Islamic Culture..,1927, s. 23; Yıldız Dursun, 1980, s. 147; Mohamed Rekaya, 1984, s. 46).

Şahlar Hacıyev,

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …