Cümə axşamı , Avqust 18 2022
azfa

Albaniyanın əsasını qoyan türk tayfaları

GADTB: Ön Asiya ilə Şimali Qafqaz arasında, həm də Dağıstan xalqları ilə bilavasitə qonşuluqda yerləşdiyinə görə, Albaniyada etnik mənsubiyyətcə müxtəlif tayfalar yaşayırdı.

Strabon albanların 26 dildə danışdıqlarını yazmışdır. Onun bu məlumatı barədə çox deyilmişdir. Bəziləri bu dilləri dialektlər hesab edirlər. Lakin bu düz fikir deyil.

Bizcə, Strabon Albaniyada 26 iri tayfanın yaşamasına işarə edir, çünki nə bu qədər dil, nə də bir dilin bu sayda dialektləri ola bilməzdi. Müəllifin bu məlumatı eradan əvvəlki əsrlərə aiddir. Ona görə eradan sonra şimaldan Alban ərazisinə gəlmiş türkdilli tayfalar (məsələn, hunlar, bolqarlar, sabirlər, kəngərlər, peçeneklər və b.) bu 26-nın sırasına aid edilə bilməz. Araşdırmalarımız eranın əvvəllərinə qədər Albaniyada aşağıdakı tayfaların yaşadığını müəyyən etmişdir (85): alban, abant, aran, qat, quqar, qarqar, kaspi, kəmər, lbin (lpin), maskut, sliv, ciqb, çul, gel, lek, sak, satak, uti, şarvan, şamak, şirak, her. Bunlardan alban, abant, aran, qarqar, quqar, maskut, satak, çul, şarvan, şamak və şirak türkmənşəli ellər idilər. Lbinlər və silvlər indiki avarların, ciqblər saxurların, herlər qrızlıların, qatlar xınalıqların, leklər isə ləzgilərin ulu əcdadlarıdır. Gellər İranmənşəli idilər. Onlar indiki ingiloyların ulu əcdadları hesab olunurlar. Eramızdan sonrakı əsrlərdə də şimaldan Albaniyaya müxtəlif türk tayfaları gəlib məskunlaşmışdılar. Aşağıda bu barədə danışacağıq.

İndi isə azərbaycanlıların etnogenizində iştirak edən qədim türk etnoslarından biri – sirak (şirak, çirak) tayfası haqqında qısa məlumat verməyimiz vacibdir. Bu etnosla əlaqədar əvvəlcə sarmatlardan və alanlardan danış malıyıq. Tarixşünaslıqda ən dolaşıq problemlərdən biri də məhz sarmatlar və alanlarla bağlıdır. Herodotdan başlayaraq antik müəlliflər cənubi – şərqi Avropa çöllərində, Sarmat və Savromat adlı etnosun yaşadıqlarını yazırlar. Tarixşünaslıqda sarmatlar İrandilli xalqlar sayılır, amma bunun tarixi həqiqətə dəxli yoxdur. Oxucunu bu saxta, qondarma fikirlərlə yormayacağıq. Sarmatların türkdilli olduğunu sübut edən bir neçə faktı gətirəcəyik.

1. Antik müəlliflər (Siciliyalı Diodor, Plini, Yuliy Solin və b.) sarmatların midiyalılarla qohum olduqlarını yazırlar (bax: 85). Burada, əlbəttə, atropatenlilər nəzərdə tutulur. Əgər sarmatlar irandillilərdirsə, nəyə görə farslarla qohumluğu

yoxdur?

2. Antik müəllif Publiy Ovidiy Nason eranın əvvəllərində sarmatlat haqqında yazır: ―Heyvan dəriləri və enli şalvarlarla onlar özlərini kəskin soyuqdan qoruyurlar. Onların dəhşətli üzləri uzun tuklə örtülmüşdür‖. Bu məlumatda ―dəhşətli üzləri‖ ifadəsi monqoloid irqə mənsub fizionomiyaya aiddir.

3. Stefan Bizanslı adlı müəllif sarmatların Tamarak şəhəri haqqında məlumat verir. Bu toponim qədim türkcə tam – ―qala divarı‖ və örək – ―qala‖ (160, I, 2, 1288) sözlərindən ibarətdir.

4. Antik müəllif Pomponi Mela yazır ki, sarmatlarda ―qadınlar müharibələrdə kişilərlə bərabər iştirak edirlər‖ (―Pomponiy Mela. Землеописание‖ III kitab, 4, 35). Başqa bir müəllif Nikolay Dəməşqli qeyd edir ki, savromatlarda ―qız bir düşmən öldürməmiş ərə verilmir‖ (ВДИ, 1947, 4, с. 235). Qoy tarixçilər bir fakt göstərsinlər ki, bu adət İran xalqlarında da vardı. Halbuki skiflərdə və saklarda, sonra hunlarda və oğuzlarda bu adət haqqında istənilən qədər tarixi məlumatlar vardır.

5. II əsrdə yaşamış antik müəllif Poliyen (Hərbi fəndlər, VIII; 56) yazır ki, sarmatlarda bir çar Medosak adlanır. Bu ad qədim türkcə mat – ―mətin‖, ―möhkəm‖ və sak, çak – ―sayıq‖, ―huşyar‖, ―ayıq‖ sözlərindən ibarətdir və quruluşca saklarda Taksak adı ilə eynidir.

6. Sarmatlar çoxlu tayfalardan ibarət idilər (Pliniy, VI, 15). Onların içərisində türk, sirak, dandar, qarqar və b. da vardı. Göstərilən tayfaların hamısı türkmənşəlidir və qabaqkı əsərimizdə bu barədə ətraflı danışmışıq. 7. Herodot (IV, 117) yazır ki, savromatlar skif dilində danışırlar.Skiflərin türklər olduğunu təsdiq edən faktları yuxarıda göstərmişik. Gətirdiyimiz faktlar sarmatların türkdilli olduğunu deməyə əsas vermirmi? Qoy opponentlərimiz sarmatların İrandilli olduğunu göstərən bircə fakt gətirsinlər. Gətirə bilməzlər, çünki qatığa qara demək mümkün deyildir. Skiflərin, sakların və sarmatların İrandilli sayılması nəticəsində türk xalqlarının, o sıradan Azərbaycan xalqının tarixində yaranmış dolaşıqlıqları aradan qaldırmaq üçün gələcək nəsillərə mənsub tədqiqatçılar çox əmək sərf etməli olacaqlar. Bioloq-antropoloq Rəbiyyə Qasımova ―İstiqlal‖ qəzetində (1993-cü il 5-13 mart) ―К этногенезу азербайджанцев (Бакы, 1991) kitabıma rəyində mənim A zərbaycan ərazisində qədimdə türklərin yaşaması fikrimə qarşı çıxır. Neyləsin, 50 ildən artıq guya etnogenezlə məşğul olduğunu yazan bu ―alimimiz‖in əslində isə bu mövzuda heç nəyi yoxdur.

Qiyasəddin Qeybullayev,

Tarixçi Alim.

Həmçinin yoxlayın

İran diplomatı Azərbaycan Respublikasının işğalını İran strateji məqsədi olduğuna etiraf etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda müxtəlif vəzifələrdə işləmiş İran diplomatı Əbülfəz Zöhrəvənd …

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …