Şənbə , Aprel 20 2024
azfa

Albaniyanın komenk vilayətiylə kumanların nə əlaqəsi var idi ???

GADTB: Türkoloqların bir qismi kuman etnoniminin də adının “qu” (ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V.Q.Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq “ku” və “kuman” etnonimlərini eyniləşdirir. İ.Dorn və O. Süleymenov da eyni fikri dəstəkləmişlər.

Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə “kumen” kimi çəkilməkdədir. Y.Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:

“Bu etnonim də Türk dillərində etnik ad düzəldən “-man” (-men) şəkilçi birləşmə- lərindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla “sarımtıl, ağımtıl” mənasını daşıyırdı.”

Sözügedən etnonimlə I Tiqlapalsarın (e.ə. 1115-1077) kitabəsində də rastlaşırıq:

“(V.73) Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı… (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər…(VI.22)… Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı…”

Aşşur şahı II Adadnerari (e.ə.911-890) də öz kitabəsində kumanları yad etmişdir.

Maraqlıdır ki, Aşşur-Kuman(qıpçaq) əlaqələri təkcə müharibələrlə səciyyələnməmiş, eyni zamanda ədəbiyyat sahəsini də əhatə etmişdir. Məsələ burasındadır ki, dövrümüzədək alban, yəni qarqar-qıpçaq dilində yazılmış çox sayda xristian və dünyəvi məzmunlu didaktik heyayə gəlib çatmışdır. Onlara müxtəlif əlyazmalarda rast gəlinir. Bu hekayələrdən biri bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki o, alban və ümumqıpçaq ədəbiyyatının köklərinin biz düşündüyümüzdən çox-çox qədim olduğunu və bu köklərin Aşşurla birbaşa bağlılığını sübut edir. Söhbət “Uslu Xiqarnınq sözü, esi, axılı” adlı hekayədən gedir. Aşşur hökmdarı Senekərimin (Senaxeribin) dövründə Ninəvədə (bugünkü Mosul) yaşadığı bilinən müdrik Xiqar (Axikar) haqqnda olan və təbii ki, xristianlıqla heç bir

əlaqəsi olmayan bu hekayənin hələ e.ə. VII – VI əsrlərdə Yaxın Şərqin bir çox qədim dillərinə çevrildiyi məlumdur. Həmin əsər yalnız alban dilində dövrümüzədək tam şəkildə gəlib çıxa bilmişdir. Başqa dillərdə isə bu əsərin yalnız ayrı-ayrı fraqmentləri qalıb.

Əsərin ən qədim variantı arami əlifbası ilə, arami dilində yazılıb və Misir ərazisindən tapılıb. Yuxarıda qeyd etdiyimiz kimi, qıpçaqlar, o cümlədən xəzər və krımçaklar arami əlifbasından istifadə ediblər. Bu isə deyilənlərə daha bir sübutdur. Qeyd edək ki, bu gün də eyni adı daşıyan türk etnosları vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü günümüzəcən kumanların davamı hesab edən qaraçay və balkarlıları misal gətirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası orta əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış, Avropanın etnolinqvistik coğrafiyasının formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac yaranmış və təqribən eyni dövrdə həm xristian Avropada, həm də İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib edilmişdir. Anadolunun Səlcuqlular tərəfindən tutulmasında və bu ərazinin yenidən Türk Yurdu halına gəlməsində kumanların ölçüyəsığmaz xidməti olmuşdur.

Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarını Musa Kağankatlının “Alban tarixi”ndən öyrənmiş oluruq (I kitab, VI fəsil). Sözügedən kitabda yazılanlardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan “Qomenk” adlı toponim olmuşdur.

Həmin toponimin qomen(kuman) etnonimindən və qədim erməni dilindəki “k” yer, məkan bildirən şəkilçidən yarandığını (“Alban tarixi” kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin Qeybullayevin fikrincə, bu yer ya Arsax(Qarabağ), ya

da Sünik(Zəngəzur) ərazisində olmuşdur. O, 1727-ci ilə aid bir arxiv sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVIII əsrdə Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan Koman kəndi mövcud imiş. Cəlilabad rayonunun Komankənd kəndinin də adı sözügedən türk boyu ilə bağlıdır. Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi, onlardan “koman iskitləri” kimi söz açılması halları da müşahidə edilmişdir.

R.Q.Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:

“Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə

ehtiyac yoxdur.”

Bu kitabda sevgidəyər oxucularımıza Mxitar Qoşun “Törə bitik”i Azərbaycan türkcəsinə tərcüməsi ilə birlikdə, eləcə də digər alban materialı orijinalın dilində, yəni alban (qarqar-qıpçaq) türkcəsində, fəqət tərcüməsiz təqdim edilməkdədir.

Sevindirici haldır ki, əldə olan materiallar içərisində əslən Zəngəzurdan olan üç müəllifin də əsərinə rast gəlinmişdir. Ermənilərin bütün dünyaya “böyük erməni alimləri” kimi təqdim etdikləri bu üç nəfər Mxitar Qoşun tələbəsi olan vardapet Yovhannes Sarğavaq, keşiş Yohannes Karneçi və ilahiyyatçı alim Krikor Nareğaçidir. Bu, fakt Zəngəzurun tarixən albanlara məxsusluğunu və bu ərazidə tarixən alban türkcəsində danışıldığını sübut edən ən gözəl faktlardandır. Fəqət bunlar əldə olan yeganə faktlar deyil. Bu baxımdan Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Sisian rayonunun Urud kəndindən tapılan və haqlarında Məşhədixanım Nemətova- nın məlumat verdiyi iki alban qəbrini də deyilənlərə əlavə etmək olar. Bu da son deyil.

Bəxtiyar Tuncay,

Tarixçi alim.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …