Bazar ertəsi , Oktyabr 19 2026
azfa

ABŞ və Türkiyə F-35 təyyarələri ilə bağlı məsləhətləşmələr apardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankarada ABŞ və Türkiyə nümayəndələri arasında F-35 təyyarələri ilə bağlı məsləhətləşmələr aparılıb

Bu barədə Pentaqonun saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Pentaqonun nümayəndə heyəti ilə Türkiyənin Milli Müdafiə Nazirliyi arasında görüş keçirilib:

“ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 27-də tərəflər arasında mübahisələrin həlli ilə bağlı müzakirələr aparmaq üçün Ankaraya gedib. Türkiyənin sentyabrın 23-də yekunlaşan F-35 proqramından çıxarılması ilə bağlı məsələləri həll etmək üçün Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparılıb”.

“Görüş ABŞ hökumətinin Türkiyənin F-35 proqramında əvvəlki iştirakını hörmətlə yekunlaşdırmaq öhdəliyini nümayiş etdirir. Müzakirələr məhsuldar keçib və nümayəndə heyətləri yaxın aylarda Vaşinqtonda yenidən görüşməyi planlaşdırır”, – Pentaqon bildirib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan F-35 üçün xərclədiyi 1,4 milyard dolların geri qaytarılmasını istəyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl jurnalistlərə bildirib ki, ABŞ Prezidenti Baydenlə Qlazqoda gözlənilən görüşündə F-35 məsələsi gündəmdə olacaq:

“F-35 üçün 1 milyard 400 milyon dollar vermişik. Bu ödənişlə bağlı təbii ki, biz onlarla onun bizə necə qaytarılacağını müzakirə etməliyik”.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …