Cümə axşamı , Mart 28 2024
azfa

Albanların güneyli qandaşları

GADTB: Qeyd etmək lazımdır ki, Türk tarixinin ən böyük sülalərindən biri də elm aləmində “Parfiya (Parta) Arşakları” adı ilə məşhur olan (Дибвойз Н. К., 2008), fəqət elmi ədəbiyyatda adları daha çox yanlış olaraq “iranlı” kimi hallandırılan sülalə olub.

Bu yanlışlıq bəzi elm adamlarının iskitləri irandilli hesab etməsindən qaynaqlanmaqdadır. Fəqət iskitlərin türklüyü məsələsi o qədər açıq-aşkardır ki, bu barədə artıq söz demək, nəyi isə sübut etməyə çalışmaq belə əbəsdir.

Parfiya Arşakları barədə Strabonun yazdıqlarından belə aydın olur ki, tarixçinin yaşadığı dövrdə bu sülalənin hakim olduğu torpaqlar öz böyüklüyünə görə dövrün ən böyük ərazilərindən

biri hesab olunurmuş: «Hazırda onlar elə böyük bir ölkəyə və o qədər çox sayda xalqlra hakimdirlər ki, öz dövlətlərinin qüdrətinə görə romalılarla rəqabət aparırlar. Bunun səbəbi onların barbar və iskitlərinkinə oxşar həyat tərzi və adətləri, hər şeydən öncə isə hərbi uğurları ilə bağlıdır» (Strabon, kitab 11, fəs. 13-8).

Pompey Troq isə onları belə xarakterizə etmişdir: «Bütün dünyanı… özləri və romalılar arasında bölüşdürən Parfiyalılar hazırda Şərqin hakimidirlər»

(Марк Юниан Юстин, 41, 4).

Sülalə öz adını I Cəsur Arşakdan alır. O, əslən skiflərin (iskitlərin) parn // aparn (barani // baranlu) boyunun daq (təkə) soyundan idi (Дибвойз Н. К., 2008, с. 816). Bu boy iskitlər (türklər) arasında çıxan qarşıdurmalar zamanı köç etməyə, Van gölü ətrafındakı doğma torpaqlarını tərk edərək, Xəzərin şərqindəki

torpaqlara, daha dəqiq desək, bu günkü Türkmənistan ərazisinə yerləşməyə məcbur olmuşdular. Qaçqın olduqları üçün onlara “bardıq” (əski türk dilində “köçkün”) deyirdilər. Yunanlar bu sözü “part” kimi tələffüz edir və ölkələrini də “Part ölkəsi” və ya “Partlar ölkəsi” adlandırırdılar. “Part” ifadəsi rus elmi ədəbiyyatında “Parfiya” kimi tələffüz edilir və yazılır. Azərbaycan elmi ədəbiyyatına da bu şəkildə daxil olmuşdur.

Makedoniyalı İskəndərin dövründə onun imperatorluğuna daxil olan Parfiya sonralar Selevkilərin hakimiyyəti altına keç mişdir. E.ə. III əsrdə Selevkilərin hakimiyyətinin zəifləməsindən istifadə edən I Cəsur Arşak e.ə. 230-227-ci illərdə Selevkilərə qarşı savaşaraq, e.ə. 206-cı ildə Parfiyanı yunan işğalından azad

etməyi və sonrakı illərdə öz ölkəsinin sərhədlərini Selevkilərin ətraf torpaqları hesabına genişləndirməyi bacardı (Дибвойз Н. К., 2008, с. 816).

I Arşakdan sonra hakimiyyətə keçən və II Arşak ləqəbini qəbul edən oğlu I Tiridat Gürganı ələ keçirərək Parfiya dövlətinə

qatdı (Strabon, kitab 11, fəs. 13-8).

E. ə. 171-ci ildə taxta çıxan Parfiya hökmdarı I Mitridat anasının fars – Əhəməni soyundan olmasından istifadə edərək, əski Midiya və Fars ərazilərinə iddia etməyə başladı və e.ə 150-147-ci illər arasında, yəni çox qısa bir zamanda bugünkü İranın bütününü, eləcə də Anadolunun şərqini, İraq və Suriyanın şimalını, Güney Qafqazı Selevkilərdən azad edərək Parfiya dövlətinə qatdı və keçmiş Midiyanın paytaxtı olmuş Həmədan şəhərini özünə paytaxt seçdi. Beləcə Azərbaycan Böyük Part İmperatorluğunun mərkəzi əyaləti halına gəldi. İmperatorluq adı çəkilən ərazilərdən başqa Əfqanıstan və Hindistanın şimalını da əhatə edirdi.

Türkmənistan və Özbəkistan əraziləri də həmin dövlətin tərkibində idi.

(Strabon, kitab 16, fəs. 1-18).

Parfiyalılara aid olan, üzərindəki türkcə yazılar yanlış olaraq, arami yazısı hesab edilən, bu üzdən də Sasanilərə aid edilən

başqa bir sikkə mövzumuz baxımından daha böyük önəm kəsb edir. Çünki onun arxa tərəfində əski türk hərfləri ilə yazılmış 4 yazı vardır. Bunlardan 3-ü şaquli istiqamətdə, biri isə üfiqi is-

tiqamətdə yazılmışdır.

Şaquli yazıları sağdan sola və yuxarıdan aşağı oxuduqda, aşağıdakı hərflərin yazıldığını görürürük:

PRT

SR

NK

Birinci sikkədə olduğu kimi burada da saitlər qeyd edilməyib. Yazıları oxuyan və transkripsiyasını tərtib edən Mənsur

Rəhbəri 1-ci sözə «a» saitini artıraraq onu «PaRT» (Parfiya) kimi, ikinciyə də eyni saiti artıraraq onu «SaR» (çar) kimi bərpa etmişdir. İlk hərfi sonor «N» (Nq), ikincisi isə «K» kimi oxunan hərflərə tərəfimizdən eyni sait əlavə edilərk, söz «aNaK» (Anak) kimi bərpa edilmişdir.

Şaquli istiqamətdə yazılmış yazının (sağdan sola) isə ilk 3 hərfini aydın sezmək olur: PRT… Yəni bu halda da Part (Parfiya) dövlətinin adı diqqət çəıkir.

Tarixi mənbələrin heç birində Anak adlı Parfiya şahından söhbət açılmasa da, Arşaklar sülaləsindən bu adda adamın olduğu məlumdur. Onun 258-ci ildə aramilər ölkəsində (Armeniyada) hakimiyyətdə olan əmisi oğlu Xosrova Sasani şahı I Şapurun təhriki ilə Albaniyanın Uti vilayətində, daha dəqiq desək, Bərdədə sui-qəsd təşkil etdiyi, bir müddət sonra isə Xosrovun tərəfdarları tərəfindən ailə üzvləri ilə birlikdə öldürüldüyü məlumdur. O da məlumdur ki, Anakın tərəfdarları onun sağ qalan

övladlarından Qriqorini (Müqəddəs Georgi) Qeysəriyyəyə, digər oğlu Sureni isə xalasının – qaytaq hakimi Cavanşirin arvadının yanına göndərmişdilər. Sonralar Suren Dərbənddə hakimiyyətə yiyələnərək, Albaniyanı düz 39 il idarə etmişdir.

Şahlar Hacıyev,

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …