Şənbə , Aprel 20 2024
azfa

Albanların özəyi qarqarlar

GADTB: Q. Qeybullayevin yazdığına görə, albanların və ümumilikdə Azərbaycan xalqının etnogenezində yaxından iştirak edən qarqarlar zamanla müstəqil boy kimi tarix səhnəsini tərk etsələr də, onların adı bugünə qədər bir çox toponim və oronimdə, o cümlədən Qarabağ ərazisindəki iki eyni adlı çayın Qarqar çaylarının adında yaşamaqdadır. (Гейбуллаев Г ., 1991, s. 79).

Hələ XlX əsrdə Qarabağda və Gədəbəydə Qarqar adını daşıyan bir neçə kənd məlum idi. (Пагирев, 1913, s. 56). Onlardan biri Gərgər, digəri isə Xarxar adını daşıyırdı. Naxçıvançay hövzəsində yerləşən kəmdlərdən biri də Xarxar kəndi idi. Həmin bölgədə yerləşən Cəirçayın qollarından biri Xarxarçay adlanırdı.

XIX əsrə aid qaynaqlarda həmin çayın adı Qarqarçay kimi keçir. Deyilənlərə Qarabağda yerləşən Qarqardağı da əlavə etmək lazımdır. (Гейбуллаев Г ., 1991, s. 79). Qeyd etmək lazımdır ki, qarqarların bir qismi Arranın şimal şərqində yaşayırdı. Belə ki, ərəb müəllifi İbn-Xordadbeh (IX əsr) Şabran və Dərbənd arasında mövcud olan Qarqar şəhərindən söz açır (Велиханлы H., 1986, s. 109). A. Bakıxanov da eyni şəhərdən danışaraq, Müşkürdə yerləşdiyini qeyd edir (Бакиханов A.,

1926,). “Alban tarixi”ndə də qarqarların yaşadığı kimi Arranın şimal-şərqi göstərilir (kitab. 1,fəs. 27) Q. Qeybullayev bu halda söhbətin Qəbələ yaxınlığındakı Xaraba-Xarxardan getdiyini yazır (Гейбуллаев Г ., 1991, s. 80).

Gərgər və Qarqar adlı kəndlər Güney Azərbaycanda da vardır (Гейбуллаев Г ., 1991, s. 83). Qərbi Azəbaycanda (bugünkü Ermənistan) qıpçaq-qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni(hay) tarixçiləri də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank qədim yunan-Roma və qədim erməni mənbələrində” adlı kitabında yazır ki, Moksda Qarqar adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur (Акопян A., 1987, s. 66-67).

Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastır kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283-cü il) daha çox Məryəm kilsəsi və ya “Müqəddəs Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks (Григрорян, История Сюника, 1990, s. 322) alban (həm də Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir. Deyilənlərə Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanır) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini, XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvinin Beyləqan yaxınlığında yerləşdiyini söylədiyi Qarqar şəhərini əlavə etnək olar (Tuncay, 2010, s. 18).

Sözügedən qıpçaq boyunun adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XIX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar

yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlərində qeydə alınmış Qarqar-meydan, Qarqar-Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini (Пагирев, 1913, s. 122) də xüsusi

qeyd etmək lazımdır.

Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (II əsr) qarqarların Emod dağla-

rından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır (Tuncay, 2010, s. 18). X əsrə aid bir anonim mənbədən isə belə aydın olur ki, Orta Asiyada kimak türklərinin yaşadığı Qarqarxan adlı bir vilayət olub (Худуд ал-Алам, 1930, s. 186). V. Minorski bu toponimi Qazaxıstanda, Se-

mipalatinskdən 350 km cənub-şərqdə yerləşən Karkarli şəhəri ilə əlaqələndirir (Minorski, 1937, s. 309).

V. Bartoldun əsərlərindəİli çayı vadisindəki Qarqar çayı, Jetisuda və Tyan-Şanda bulunan Qarqar toponimi xatırlanır. (Бартольд B., 1968, ll, 1, s. 101, 536; Валиханов, l-lV, l, s. 235, 246). Keçmişlərdə Türkmənistanda iki Qarqarçayın olduğu bilinməkdədir. Eyni adlı çay Buxara xanlığı ərazisində də qeydə alınıb (Абдураимов, 1966, s. 289; Гейбуллаев Г ., 1991, s. 81).

S. Yeremyanın yazdığına görə, qarqarlar mil düzündə də yaşamışlar (Еремян C., 1958, s. 304). Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, Beyləqan şəhəri məhz bu düzdə

ərsəyə gəlmişdir (Гейбуллаев Г ., 1991, s. 79).

Q. Qeybullayevin yazdığına görə, Moisey Xorenatsinin “qarqar çölü” Gevondun (VIII əsr) “Qarqar düzənliyi” və Böyük Vardanın (XIII əsr) “Qarqar vilayəti” bugünkü Qarabağ düzənliyinin bir parçası olub. Bu halda söhbət, çox güman ki,

Qarabağ düzənliyinin o hissəsindən gedir ki, orada Qaraqarçay həmin düzənliklə axaraq, Kür çayına tökülür, yəni Ağdam rayonunun ərazisi nəzərdə tutulur. Həmin vilayət, güman ki, Mil düzünün bir hissəsi əhatə edirdi. Bunu Yaqut əl-Həməvinin (XIII əsr) məlumatı təsdiq edir (Буниятов, 1983, s. 30)

Əski gürcü mənbələrinin birində Xaçın və Baydakan arasında mövcud olmuş Karkaridən (История и восхваление, 1954, s. 54), Kirakos Gəncəlinin “Tarix” ində (Ганзакеци, 1946) isə Qarabağdakı Qarqardan söhbət açılır (Гейбуллаев Г ., 1991, s. 79).

“Alban tarixi”ndə qarqraların adı hun – eftalitlərlə birlikdə çəkilir. Musa Kağankatlı yazır ki, bu iki xalqı Makedoniyalı İskəndər Qafqaz dağının ətəklərinə köçürmüşdü (kitab. 1, fəs. 27).

Beləliklə, qarqarlar qıpçaqların bir qolu idi. Konkret olaraq qıpçaqlara gəlincə, bu türk boyu Azərbaycanın, o cümlədən Qərbi Azərbaycanın toponomikasında öz dərin izini qoymuşdur. Bu baxımdan Azərbaycanın Qax rayonunda bu gün də mövcud olan Qıpçaq kəndini misal çəkmək olar (Алиев, Нуриев, 1978, s. 54).

Bəxtiyar Tuncay,

Şahlar Hacıyev.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …