Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejimindən şovinist yanaşma; türkcə “Qolçaq” filmi “Fəcr” film festivalına buraxılmadı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi irqçi yanaşma sərgiləyərk Güney Azərbaycanın türkcə “Qolçaq” filmini İranda keçirilən “Beynəlxalq Fəcr Film Festivalı”na buraxmayıb.

İran rejiminin keçirdiyi festivalım münsiflər heyətinin üzvü bunu filmin türkcə olduğu ilə əlaqədar olduğunu bildirib. “Fəcr” Film Festivalının münsiflər heyətinin üzvü Behruz Əfxəmi məsələ ilə bağlı verdiyi açıqlamada filmin türkcə olduğuna görə festivalda iştirakına icazə verilmədiyini təsdiqləyib.

Əfxəmi deyib: “Qolçaq filmi olduqca maraqlı filmdir. Ancaq film türk dilində olduğuna görə, münsiflər heyəti onu izləyib və başa düşməkdə çətinlik çəkirlər”.

Qeyd edək ki, “Qolçaq” filminin rejissoru Əsgər Yusifinejad bundan öncə türk dilində “Ev” filmini çəkərək, Güney Azərbaycanda əhalinin rəğbətini qazanmışdır. Lakin irqçi fars rejim müxtəlif maneələr törətməklə azərbaycanlı sənətçilərin türkcə film çəkməsinə mane olmaq istəyir.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …