Albanlarla Xəzərələrin dili eyniydi, bu da sübut !!!

GADTB: Gördüyümüz kimi, iki fərqli müəllif şamdanlardakı yazılardakı sözləri təqribən eyni cür oxumuşlar. Bu isə şübhə üçün heç bir yer qoymur. Amma ola bilsin ki, bu yazıların bir qismi Albaniya hökmdarı Varaz – Tiridatın dövründə, daha dəqiq desək, 684-cü ildə hunlar (xəzərlər) ölkəsinə göndərilən alban yepiskopu İsrailin təbliğatı sayəsində xristianlığı qəbul edən, fəqət öz əski yazıları ilə yazıb-oxumaqda davam edən xəzərlərin dövrümüzədək ulaşmış epiqrafik abidələridir. Bu isə o demək olar ki, Mingəçevir yazılarının bir qismi təqribən Vll əsrin yadigarlarıdır və həmin dövrün xəzər türkcəsi barədə bizə məlumat verən hələlik yeganə qaynaqdır. III Vaçaqanın hakimiyyəti illərində Arranda bütün soy və boylar üçün ortaq dil olan alban (Arran) dilindən başqa da fərqli ləhcə və dillərin mövcud olduğu məlumdur. Təsadüfi deyil ki,

Musa Kağankatlı V əsrin 80-ci illərində xristianlığın mövqelərinin möhkəmlənməsindən söz açarkən yazır ki, Vaçaqanın ətrafında toplanan insanlar “Məzmuru” müxtəlif dillərdə oxuyurdu-lar (Гукасян B., 1968а, s. 90). Bununla belə, Vaçaqanın ölkənin bütün bölgələrinə fərmanlar göndərmiş olması faktı artıq həmin dövrdə ortaq bir dilin və yazının olduğuna şübhə yeri qoymur

(Гейбуллаев Г., 1991, s. 221-222).

Ortaq yazı və dilə gəlincə, bunun üzərində xüsusi durmağa ehtiyac var. Musa Kağankatlı “Albaniya tarixi”-nin I kitabının “Müqəddəs Mesrop və onun yoldaşları barədə qısa məlumat” adlı XV fəslində yazır ki, “Müqəddəs Ruhun mərhəmətilə üç xalqa yəni ermənilərə (haylara), albanlara və gürcülərə (iberlərə) əlifba düzəldən birinci vardapetlərdən olan olan şəxs … vaxtilə Makedoniyalı İskəndərin əsir edib Böyük Qafqaz dağları yaxınlığına köçürdüyü qarqarlar və kamiçik eftalitlər qəbilələri arasınnda İncili təbliğ edir.

(Kalankaytuklu M., 2006, s. 35).

Musa Kağankatlının “Albaniya tarixi” nin I kitabının növbəti, XVI fəslində isə bu məlumata rast gəlməkdəyik: “Onlar Mes-robun yanına gəlib, onunla birlikdə … qarqar dilinin əlifbasını yaradırlar” (Kalankaytuklu M., 2006, s. 37).

Beləliklə, Albaniyanın ortaq yazılı dilinin qıpçaq-qarqar diliolduğu və yeni əlifbanın da bu dilin səslərinə uyğun tərtib edildiyi anlaşılır. Musa Kağankatlının verdiyi bu məlumat Movses Xorenatsi də keçməkdədir. Belə görünür ki, Musa Kağankatlı onu Movses Xorenatsidən əxz etmiş və olduğu kimi öz əsərinə əlavə etmişdir. İşin ən maraqlı tərəfi isə odur ki, həm Movses Xorenatsi, həm də Musa Kağankatlı alban dilinin əsasında duran qarqar dilini xəzərlərin, daha dəqiq desək, ağ xəzərlərin dili ilə eyniləşdirir.Fəqət mətnləri rus dilinə tərcümə edən ermənilər bu faktı gizlətmişlər. Mətnin orijinalı belədir:

“Steğis nşanqirs kokordaxos

akxazur xjakan xetsbekazunin aynorik qarqartsvots lezun”.

Hərfi tərcüməsi:

Steğts – yaratdı, düzəltdi

nşanqirs – hərfləri

kokordaxos – boğazda danışan

akxazur – ağ xəzər xjakan – yabanı

xetsbekazunin – pozuq

aynorik – bənzər

qarqartsiots – qarqarların

lezuin – dili

Erməni saxtakarlığını ifşa edən F. Ağasıoğlu cümləni belə tərcümə etmişdir:

“Yabanı, pozuq ağ xəzər əlifbasını boğazda danışan qarqarların dilinə uyğunlaşdırdı”.

Alim belə fikrə gəlir ki, Mesrop Maştots qarqarlar üçün xəzər əlifbası əsasında əlifba yaratmışdır. Əlbəttə ki, onun bu fikri ilə razılaşmaq mümkün deyil. Əgər o gerçəkdən də haqlıdırsa, mətndəki “akxazur” termini gerçəkdən də etnonimdirsə və bu halda söhbət gerçəkdən də ağ xəzərlərdən gedirsə, o zaman deyilənləri belə şərh etmək lazımdır:

“(Mesrop) Ağ Xəzərlərin boğaz səsləri ilə zəngin, yabanı və pozuq dilinə bənzər qarqar dili üçün həflər yaratdı”.

Yəni, Mesrop Maştots ağ xəzər dilinə bənzər qarqar dili üçün yeni əlifba yox, bəzi hərflər düzəltdi. Çünki ermənilər üçün düzəltdiyi əlifba qarqar dilinin bəzi səslərini ifadə etmək iqtidarında deyildi (Tuncay B., 2010, s. 42).

Mütəxəssislərin bəziləri gürcü tədqiqatçısı İ. Abuladzenin 1937-ci ildə Matedaranda tədqiqatlar apararkən, XVI əsrə aid bir ermənidilli əlyazmada rast gəldiyi 52 hərfli əlifbanı alban əlifbası hesab etməkdədirlər. Bu əlifbanın udin əlifbası olduğunu iddia edənlər də var. Fəqət tarixi mənbələr alban yazısının udin dili əsasında deyil, qarqar-qıpçaq dili materialı əsasında yaradıldığını söyləyirlər və bu mübahisə götürməyən faktdır. O da faktdır ki, bu gün elmə məlum olan qıpçaq dillərindən heç birində 52 səs yoxdur. Məsələn, türk dillərinin qıpçaq qrupuna daxil olan qazax türkcəsində 26 samit, 12 sait (38 səs) var, fəqət bu saitlərdən dördünün sonrakı dövrlərdə peyda olduğu hesab edilir.Bu isə o deməkdir ki, başlanğıcda bu dildə sadəcə 34 səs olub. Eyni dil qrupuna daxil olan qaraqalpaq dilində 26 samit, 9 sait, yəni üst-üstə 35 səs, qırğız dilinin şimal şivəsində 8, cənub şivəsində 9 sait səs var. Samitlərin sayı qazax və qaraqalpaq dilində olduğu kimidir. Noqay dilində samit səslərin sayı 26, saitlərin sayı isə 8-dir, yəni bu dil üst-üstə 34 səsə sahibdir. Kazan tatarlarının dilində bu rəqəm 35-ə (26+9) bərabərdir. Başqırd dilindəki səslərin sayı isə 38 (26+12)-dir. Alban (qarqar-qıpçaq) mətnlərinin təhlili bu dildə 35 səs olduğunu göstərməkdədir.

(Tuncay B. 2010, s. 35).

Gördüyümüz kimi, 52 hərflik bir əlifba qıpçaq dillərinə qətiyyən uyğun deyil. Əvəzində isə 36 işarəlik erməni (hay) – alban müştərək əlifbası bu səs sisteminə tamamilə uyğun gəlir.

Şahlar Hacıyev,

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

Urmiya gölü ətrafındakı ağaclar talan edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ekofəal Behzad Nəbi Qədim bitkilərin tozlanmasında vacib …

Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İranda məcburi hicab qaydalarının tətbiqi …