Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran tezliklə nüvə üçün material istehsal edə bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran cəmi iki ay ərzində nüvə bombası üçün kifayət qədər material istehsal edə bilər.

Bu barədə “Politiko” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli məmurları senatorları məlumatlandırıblar. Qiymətləndirmə qapalı brifinq zamanı təqdim olunub. Senatorlardan biri bu qiymətləndirməni sarsıdıcı adlandırıb.

Qeyd edək ki, ötən gün Vyanada İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə danışıqların səkkizinci raundu davam etdirilib, lakin müştərək komissiya hələ rəsmi olaraq iclas keçirməyib.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …