Şənbə , Noyabr 14 2026
azfa

Almaniya molla rejimin 32 diplomatını ölkədən qovdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 29-da Almaniya vətəndaşı Cəmşid Şarməhdin İranda edam edilməsindən sonra Berlin İranın bu ölkədə olan konsulluqlarının 32 əməkdaşını ölkədən qovub.

Bu barədə Almaniya XİN-in sosial hesabında bildirilib.

Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.

Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …