Cümə axşamı , Oktyabr 15 2026
azfa

“Voll Strit Jurnal”: İran İsraili ən güclü raketlərlə vuracaq

GADTB: İran İsrailə yüksək effektivli döyüş başlıqları olan raketlərdən istifadə də daxil olmaqla, kompleks hücum planlaşdırır.

Bu barədə “Voll Strit Jurnal” ərəb və iranlı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, bu potensial hücuma İran ordusu da cəlb olunacaq.

“Ordumuz itki verib, ona görə də cavab vermək lazımdır”, – iranlı məmur bildirib.

Məmurun sözlərinə görə, İsrail hədəflərinə bu dəfə ediləcək hücum daha güclü olacaq.

O, hücumun ABŞ-dakı prezident seçkilərindən sonra, yeni seçilmiş prezidentin andiçmə mərasiminə kimi baş tutacağını iddia edib.

Qeyd edək ki, İsrailin İrana 26 oktyabrda endirdiyi raket zərbələri zamanı rəsmi məlumata görə, 4 İran əsgəri həlak olmuşdu.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …