Şənbə , Noyabr 14 2026
azfa

Almaniya molla rejiminin təşkil etdiyi Hizbullah terror təşkilatının fəaliyyətini qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniya molla rejiminin təşkil edib maliyyələşdirdiyi Hizbullah terror təşkilatının fəaliyyətini qadağan etdi.

Almaniyanın Daxili İşlər Nazirliyi Livanın “Hizbullah” təşkilatını terror qruplaşması elan edərək onun ölkədəki bütün fəaliyyətinə qadağa qoyub.

Bunu nazirliyin sözçüsü Stiv Alter “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bununla bağlı artıq ölkənin bir neçə bölgəsində polis tədbirlərinə başlanılıb.

Qeyd edək ki, Hizbullah terror təşkilatını İran maliyyələşdirib və regionda terror əməliyyatlarına cəlb edir.

Həmçinin yoxlayın

Türkmən Cəbhəsinin üzvü Qəhtan Vəndavi Kərkükün yeni valisi seçilib

GADTB: İraq Türkmən Cəbhəsinin üzvlərindən olan Qəhtan Vəndavi 2026-cı il noyabrın 14-də, şənbə günü Kərkük …

İlamda tarixi Taxt-xan kitabəsi bir qrup kürd tərəfindən dağıdılıb

GADTB: İlam ostanının Poştkuh bölgəsində Lor hakimlərinin valilik dövrünə aid tarixi yadigarlardan biri olan Taxt-xan …

Bir cavab yazın