Şənbə , Mart 6 2021
azfa

Almaniya ordusu Azərbaycanın Qarabağda döyüş təcrübəsindən istifadə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniya ordusunun yüksək rütbəli hərbçiləri Azərbaycan ordusunun Qarabağda 44 günlük müharibə ərzində pilotsuz uçan aparatları geniş çeşiddə tətbiq edərək ortaya qoyduğu təcrübəni təhlil edərək hökuməti silahlanma konsepsiyasına sürətlə yenidən baxmağa çağırır.

Bu haqda “Frankfurter Allgemeine” (FAZ) nəşrinin yanvarın 22-də dərc etdiyi məqalədə deyilir.

Qəzet Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Almaniya ordusunun silahlanmasında döyüş pilotsuz aparatlarının olmaması Bundesverin bölmələrinin döyüş qabiliyyətini aşağı salıb.

“Federal hökumət dərhal bu pilotsuz döyüş sistemlərinin silahlanmaya daxil edilməsi üçün tədbir görməlidir, Sosial Demokrat Partiyası isə (hökumət koalisiyasının ortağı) özünün Hans-Peter Barteles, Frits Felgentro və Eva Högel kimi ekspertlərinə qulaq asıb ordunun dronlarla silahlandırılmasını bloklamaqdan əl çəkməlidir”,-qəzet yazır.

Nəşr bildirir ki, döyüş pilotsuz aparatlarından başqa ordunun rəqibin bu cür vasitələrinə qarşı effektiv müdafiə sistemlərinə də malik olması zəruridir. Nümunə olaraq alman hərbçiləri Dağlıq Qarabağdakı müharibənin təcrübəsini irəli sürürlər. Hərbçilər bu qənaətə gəliblər ki, Qarabağda Ermənistan ordusunun Azərbaycan ordusunun pilotsuz döyüş vasitələrinə, o cümlədən Türkiyədən alınan “Bayraktar TB2” silahlı dronuna qarşı dayanmağa heç kim imkanı yox idi. (Virtualaz.org)

“Havada 24 saaat qədər qala bilən “Bayraktar TB2” pilotsuz təyyarəsi ilə yanaşı bu müharibədə İsrail kamikadze-dronları, hədəf üzərində saatlarla dövrə vurub onu müşahidə edə bilən “Harop” və digər döyüş PUA-ları da kütləvi tətbiq olunub. O qədər də baha olmayan dron-kamikadzelər yük maşınlarından buraxılıb”,-nəşr qeyd edir.

“Frankfurter Allgemeine” yazır ki, Azərbaycan ordusu təkcə pilotsuz təyyarələrin və kamikadze-dronların köməyi ilə Qarabağda 185 erməni tankını məhv edib. (Azərbaycan ordusunun bütün müharibə ərzində məhv etdiyi erməni tanklarının sayı 260-dan çoxdur)

Almaniya Müdafiə Nazirliyinin ekspertləri hesab edirlər ki, müdafiə sahəsində siyasi fikir ayrılıqlarını bir kənara qoymaq, pilotsuz döyüş vasitələri ilə silahlanmaq və düşmən dronlarına qarşı effektiv tədbirlər görmək lazımdır. Qeyd edək ki, Azərbaycan ordusunun Qarabağda ortaya qoyduğu 5-ci nəsil müharibə təcrübəsini ABŞ başda olmaqla dünyanın bir çox ölkələri, o cümlədən Böyük Britaniya, Almaniya, Rusiya öyrənib təhlil etməkdədir.

Həmçinin yoxlayın

Stoltenberqdən etiraf; Avropanı türklər qoruyur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Avropanın təhlükəsizliyini Avropa Birliyinə daxil olmayan Böyük Britaniya, …

Güney Azərbaycan İstiqlaçılar Birliyinin (GAİB) Güney Azərbaycanın istiqlal savaşının yönünü dəyişdirməyə çalışanlarla bağlı bildirişi

GADTB: Güney Azərbaycanın istiqlal savaşının yönünü dəyişdirməyə kimsənin gücü yetməz. Fars-İran işğalçı rejiminə qarşı Güney …