Şənbə , Yanvar 28 2023
azfa

Almaniyada azərbaycanlı fəal doktor Nurəddin Qərəvi hücuma məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyada yaşayan tanınmış azərbaycanlı mədəni fəal, diş həkimi və “Ana dili” qəzetinin naşiri doktor Nurəddin Qərəvi hücuma məruz qalıb.

Tanınmayan şəxslər evə hücum edib və doktor Nurəddin Qərəvini döyərək, ona bədən xəsarətləri yetirdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

Almaniyanın federal polis xidmətinə məlumat verilib və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Hücumdan belə anlaşılır ki, məqsəd azərbaycanlı doktora qəsd olub. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) tanınmış azərbaycanlı alimə edilən bu hücumu qəti şəkildə pisləyir və tezliklə sui-qəsd edən şəxslərin tapılıb cəzalandırılmasına ümid edir.

Həmçinin yoxlayın

Bayraqdar: Bu PUA-larımız inqilab edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib …

Güney Azərbaycandan Azərbaycanla həmrəyliyə çağırış

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Respublikasının …