Cümə axşamı , Sentyabr 24 2026
azfa

Almanıyanın müxtəlif şəhərlərinə Azərbaycan ordusuna dəstək mitinqləri keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Almaniyanın Nürnberg şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Çox sayda azərbaycanlı Ermənistanın Azərbaycana hərbi təcavüzü və mülki azərbaycanlılara qarşı terror əməllərini pisləyiblər.

Dünən isə Almaniyada yaşayan həmvətənlərimiz erməni terroruna yox demək, eyni zamanda Azərbaycan Ordusuna dəstək məqsədi ilə yürüş-mitinqlərini davam etdirir.

Şəhər rəhbərliyi ilə razılaşdırılmış növbəti mitinq Bavariya əyalətinin Nürnberq şəhərində keçirilib.

Almaniyanın müxtəlif əyalətlərindən yürüşə qatılmaq üçün gələn həmvətənlərimiz əllərində bayraqlar, şüarlar, yazılı plakatlarla mitinq üçün təyin olunan meydana toplaşıblar. Almaniyada fəaliyyət göstərən Türkiyə dərnəklərinin də dəstək verdiyi mitinqdə Gəncə terroru haqqında almanca və ingiliscə məlumat verilib. Daha sonra bir neçə dildə “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar Azərbaycan, alman və ingilis dillərində səsləndirilib. İştirakçılar polisin müşayiəti ilə mərkəzi küçələr boyunca hərəkət ediblər.

Yürüş əvvəlki toplanış məntəqəsində çıxışlarla davam edib.

Çıxışçılar son günlər Ermənistan ordusunun Azərbaycanın mülki obyektlərini hədəf alan terror aktarı barədə məlumat veriblər. Onlar bildiriblər ki, ermənilərin dinc azərbaycanlılara qarşı həyata keçirdikləri terror aktları cavabsız qalmayacaq, bütün Avropa erməni terror və təxribatları barədə məlumatlandırılacaq.

https://t.me/GADTB1/3495

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …

Bir cavab yazın