Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Amerika Rusiyaya dron göndərdikləri üçün 4 İran şirkətinə və bir fiziki şəxsə sanksiya tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bəyanat yayaraq, Ukrayna müharibəsində istifadə üçün Rusiyaya İran pilotsuz təyyarələrinin göndərilməsində iştirak etdiyi üçün həmin İran şirkətlərindən birinə sanksiya tətbiq etdiyini açıqlayıb.

“Bloomberg” xəbər ajansının məlumatına görə, Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi geniş sanksiyalardan sonra Rusiya prezidenti Vladimir Putin ölkənin ehtiyac duyduğu silahları təmin etmək üçün Şimali Koreya və İrana müraciət edib.

Sözügedən idarə Rusiya və İran arasında hərbi uçuşların koordinasiyasında iştirak etdiyinə görə, o cümlədən Rusiyaya pilotsuz uçan aparatların, personalın və avadanlıqların daşınması üçün uçuşlarda iştirak etdiyi üçün Tehranda yerləşən hava limanı xidmətlərinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Vaşinqton qeyd edir ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynadakı müharibədə öz pilotsuz təyyarələri ilə yanaşı, İran pilotsuz təyyarələrindən də istifadə etməyi planlaşdırır.

“Associated Press” ajansı iki həftə öncə xəbər vermişdi ki, Rusiya İrandan Ukraynaya qarşı savaşda istifadə edə biləcək yüzlərlə dron alıb.

Ukraynaya hərbi müdaxiləsi səbəbindən iqtisadi sanksiyalar və məhdud resurslarla üzləşən Rusiya silah tədarükü üçün əsas müttəfiqlərindən sayılan İrana üz tutub.

Amerika rəsmiləri bildirirlər ki, Rusiya təyyarələri bu dronları bir neçə gün ərzində İrandakı hava bazasından Rusiyaya köçürüb.

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …