Şənbə , Aprel 27 2024
azfa

Albanların ulubabaları olan kimmerlər, skiflər və saklar

GADTB: Yuxarıda deyilənlərdən aydın oldu ki, artıq er.əv. I minilliyin əvvəllərində Azərbaycan ərazisində türk mənşəli etnoslar – mannalar, madaylar və kaslar yaşayırdılar. Bu etnosları binadan yerli xalqlar saymağa haqqımız var, ona görə ki, onlar er. əv. III minillikdən məlum olan kutilərin, lulubilərin, subilərin və kasların birbaşa varisləri kimi tarix səhnəsinə çıxmışlar. Yuxarıda demişik ki, bütün tədqiqatçılar Cənubi A zərbaycan ərazisində erə əv. III minillikdən I minilliyin əvvəllərinə qədər etnik arasıkəsilməzliyin olduğunu və etnik vərəsəliyin davam etdiyini yazmışlar (102, 139).

Er.əv. VIII əsrdə yeni etnosların şimaldan Cənubi Qafqaza, Ön Asiyaya və Kiçik Asiyaya köçləri başlanır. Bu etnoslar tarixşünaslıqda kimmer, skif və sak(saka, şaka) adları ilə məlumdur. Azərbaycanlıların etnogenezində iştirak etdiklərinə görə bu xalqlar haqqında qısaca da olsa danışmaq lazımdır.

K i m m e r l ə r.

Herodotun yazdığına görə, er.əv. VIII əsrdə şərqdən Qara dənizin şimal çöllərinə – kimmerlərin ölkəsinə skiflər gəlmişlər. Kimmerlər onlarla toqquşmaqdan çəkinmiş, yığışıb Cənubi Qafqaza, buradan da Kiçik Asiyaya getmişlər. Bu məlumatda ―skif‖ dedikdə konkret olaraq hansı etnosun nəzərdə tutulduğunu aydın deyil, çünki antik müəlliflərin əsərlərində ―skif‖ konkret bir etnosun adı deyildi. Herodotun ―kimmer‖ adlandırdığı etnosun əsl adı Kəmər və ya Qəmər idi. İlk dəfə qədim yunan şairi Homer bu etnonimi ―kimmer‖ kimi işlətmiş, sonrakı antik müəlliflər də bu ənənəyə sadiq qalmışlar. Deməli, qədim yunan tarixçiləri Kəmər, yaxud Qəmər etnonimini ―kimmer‖ kimi tələffüz etmiş və yazmışlar.

Tədqiqatçılara görə, kimmerlər Qara dənizin qərb sahili tərəfdən, ya da Dəryal keçidindən Cənubi Qafqaza Kür – Araz vadisinin qərb hissəsində Azərbaycan – Gürcüstan sərhəd zonalarını gəlmiş, lakin burada çox dayanmayaraq indiki Ermənistan ərazisinə keçmişlər. Qədim gürcülər kimmerləri ―pəhləvanlar‖ adlandırırdılar (102, 123). O vaxt indiki Ermənistan ərazisində erməni yox idi,

orada başqa dillərdə, əsasən türkcə danışan əhali yaşayırdı (bax: 3). Lakin bu ərazi Kiçik Asiyada Urartu dövlətinin (er. əv. IX –VII əsrlər) nəzarəti altında idi. Er.əv. 715-ci ildə kimmerlər Urartular dövlətinin ordusu ilə toqquşdular. Urartular qanlı döyüşdə məğlub oldular (A zərbaycan Sovet Ensiklopediyasında yazılır ki, kimmerlər Cənubi Qafqaza VII əsrin 70-ci illərində gəlmişlər, halbuki ondan 45 il əvvəl kimmerlərlə urartulularının vuruşması olmuşdur).

Kimmerlər indiki Ermənistan ərazisində də çox qalmadılar, çünki onları Qara dənizin şimal sahillərindən qovanlar ardlarınca Cənubi Qafqaza gəlmişdilər. Aşağıda görəcəyik ki, onlar saklar idilər. Ona görə də kimmerlər Kiçik Asiyaya hərəkət etdilər və oradakı Friqiya dövlətini yıxdılar. Bu dövlətin tabeliyində olan

və Hayasa adlı əyalətdə yaşadıqlarına görə hay adlanan ermənilər qaçmağa üz qoydular: bir hissəsi indiki Ermənistan ərazisinə, digər hissəsi Araz boyuna səpələndi (bu barədə bax:3). Kimmerlərin bir hissəsi Kiçik Asiyadan Manna ərazisinə keçdi. Sonrakı əsrlərdə kimmerlər mannalara və midiyalılara qaynayıb qarışdılar. Onların adı yalnız Kəmər, Kəmərli və Qəmərli kəndlərinin adlarında qaldı.

Burada söhbətimizi dayandırıb bir suala cavab verməliyik: etnik mənsubiyyətcə kimmerlər kimlərdir?

Tarixşünaslıqda kimmerlər İrandilli etnos sayılır. A zərbaycan tarixşünaslıqda da bu fikir qəbul olunmuşdur. İ.M.Dyakonovun fikrincə, ―kimmer‖ adı bu etnosa kənardan verilmiş addır və İran dillərində ―həmişə hərəkətdə olan‖ mənasındadır (105, 97). Belə çıxır ki, bu etnosun əsl adı məlum deyil. Əlbəttə, bu yanlış fikirdir. Başa düşmək olmur, ―kənardan verilmə‖ kimmer adı toponimlərdə bəs necə əks oluna bilərdi? Araşdırmalarımız kimmerlərin türkmənşəli olduğunu göstərmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu etnosun əsl adı Kəmər yaxud Qəmər idi. Biz aşağıdakı dəlillərə əsaslanırıq:

1. ‖Kəmər‖ etnonimi türkcə kam (qam) ―şaman‖ və bir sıra qədim türk tayfa adları (avar, bolqar, qacar, sabar, xəzər və b.) üçün səciyyəvi ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözündən ibarətdir. Bu fikir ilk dəfə F.Cəlilov tərəfindən irəli sürülmüşdür. Qeyd etmək lazımdır ki, Kəmər (Qəmər) etnoniminin birinci

komponenti olan ―kam‖, ―qam‖ sözü başqa türk tayfa adlarının da kökünü t əşkil edir: Kamak (Azərbaycanda Qaymaqlı kəndlərinin adlarında qalmışdır), kaman yaxud kuman (rus mənbələrində poloves adlanırdılar), kamat (kumat) və s. Deməli, Kəmər etnoniminin ―kam‖, ―kəm‖ komponenti təsadüfi deyil.

2. Q.A.Melikişvili yazır ki, kimmerlər Albaniyanın qərbində də yaşamışlar (134). Araşdırmalarımız göstərir ki, Cənubi Qafqaza gəlmiş kəmərlərin bir hissəsi Azərbaycanın qərb bölgəsində, Gürcüstanda və Ermənistanda həmişəlik məskunlaş mışdır. Qazax – Borçalı bölgəsində Böyük və Kiçik Kəmərli, Kəmərqaya, Qəmərli kəndlərinin adları da bu tayfa ilə bağlıdır. Keçən əsrdə Qafqazda Kəmərli adlı yeddi kənd vardı. Kimmerlər- kəmərlər indi Ermənistan adlanan ərazinin toponimiyasında da iz qoymuşlar. Yeravan yaxınlığında orta əsrlərdə Qumri, Qəmri (―Qəmər‖ etnoniminin ermənicə tələffüz forması) adlı azərbaycanlı kəndi vardı. Erməni mənbələrində bu toponim Kumayr kimidir. Erməni tarixçisi Y. A. Manandyan yazır ki, ―Kumar‖ toponimi (―y‖ s əsi ermənicə əlavə olunmadır, Kumar isə Kamarın fonetik formasıdır) kimmer etnonimini əks etdirir (132, 21).

Türkiyədə də Kəmərli adlı kənd vardır. İranda Qaşqay tayfasının bir qolu Qəmər adlanır. Deməli, antik müəlliflərin ―kimmer‖ kimi işlətdikləri Kəmər və Qəmər etnonimi kənardan verilmə ad yox, özünüadlandırma idi. Bu etnonimin Kəmər, Qəmər olduğunu Asur mənbələrində onun Qamer kimi yazılması da göstərir (101, № 2).

Qiyasəddin Qeybullayev,

Tarixçi Alim.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …