Bazar , Oktyabr 11 2026
azfa

Amerika və İran nümayəndə heyətləri İsveçrədə

QADTİB: Amerika Birləşmiş Ştatları və İran rejiminin nümayəndə heyətləri bu gün İsveçrənin Burgenştok kurortuna gəliblər. Tərəflər qarşıdakı 60 günlük danışıqlar prosesinin gedişatı və yekun sazişə aparan mərhələləri müzakirə edəcəklər.

İsveçrənin mərkəzində yerləşən dağ kurortu Burgenştok Amerika–İran danışıqlarının keçirildiyi məkan kimi müəyyənləşdirilib.

İran nümayəndə heyəti Məclis sədri Məhəmmədbaqir Qalibafın rəhbərliyi ilə ötən gecə Sürix şəhərinə gəlib. Amerika nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edir.

Məlumata görə, danışıqlarda iki tərəf arasında imzalanmış memorandumun icrası, 60 günlük keçid dövrünün mexanizmləri və gələcək yekun sazişin əsas prinsipləri müzakirə olunacaq.

Eyni zamanda, vasitəçilik prosesində iştirak edən Pakistanın Baş naziri Şahbaz Şərifin korteji də Burgenştok kurortunun yerləşdiyi Ştanştad bölgəsinə gəlib.

Danışıqların nəticələrinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Həmçinin yoxlayın

Öngüt və Germi bölgələrinin kəndlərinə sel ziyan vurub – Video

GADTB: Güclü yağışlar nəticəsində Öngüt və Germi bölgələrində sel baş verib. Ərdəbil əyaləti Valiliyinin Böhranların …

Siyamək Mirzai girov müqabilində Ərdəbil həbsxanasından azadlığa buraxılıb

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzai 2026-cı il oktyabrın 10-da, şənbə günü, 10 milyard tümən girov …