Çərşənbə , İyul 15 2026
azfa

Sayın Mikayil bəy Oyta Şuşa Bəyannaməsinin regionun yeni təhlükəsizlik arxitekturasındakı rolu barədə keçirilən konfransa qatılıb

GADTB: “Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda onlayn tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri “Müasir İnkişaf” İctimai Birliyi təşkil edib. İctimai Birliyin sədri Mübariz Göyüşlü çıxış edərək bildirib ki, 15 İyun Azərbaycan xalqının yadddaşında Milli Qurutuluş Günü və Şuşa Bəyannaməsi kimi mühüm sənədlərin imzalanması tarixi kimi qalmaqdadır. Onun sözlərinə görə, Bəyannamənin imzalanması regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması ilə nəticələndi. O, bu konfransı təşkil etməkdə əsas məqsədin əlamətdar hadisələrin ildönümlərini qeyd etmək, xüsusən də Şuşa Bəyannaməsinin mahiyyəti, müddəalarda əks olunan məqamlarla bağlı yenidən müzakirə təşkil etmək olduğunu vurğulayıb. M. Göyüşlü deyib ki, Azərbaycanla Türkiyə arasında hər zaman önəmli sənədlər imzalanıb, amma Şuşa Bəyannaməsi təhlükəsizlik və digər məqamların daha dolğun, qabarıq əks olunduğu çox önəmli bir anlaşma mətnidir. O, eyni zamanda, türk dövlətləri arasında imzalanmış Qarabağ Bəyannaməsindən də bəhs edib.

Millət vəkili, professor Vüqar Rəhimzadə tədbir iştirakçılarını Şuşadan salamlayaraq, Bəyannamənin siyasi, iqtisadi, təhlükəsizlik baxımından əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə sənəd regionda və dünyada sabitliyin əldə olunması baxımından mühüm rola malikdir.

Millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, əcdadlarımızın Qarabağın azad olması, Azərbaycanın müstəqil, suveren ölkə olması arzusu gerçəkləşib. O, Türk dünyasının birliynin çox vacib olduğunu qeyd edib.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta çıxışında Şuşa Bəyannaməsinin əhəmiyyətindən, regionda və dünyada, sülhə, sabitliyə verdiyi töhfədən danışıb.

Türkiyənin Elmi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Bozkurt Türkiyə və Azərbaycan deyərkən iki qardaş millətdən bəhs edildiyini söyləyib. O, hər iki dövlətin tarixindəki qardaşlıq münasibətlərindən danışıb.

Almaniyadan tədbirə qoşulan “Bakı-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzinin İdarə Heyətinin sədri, texnika elmləri doktoru Yaşar Musayev Türkiyənin Azərbaycan üçün təbii müttəfiq olduğunu vurğulayıb.

Oman Dövlət Orkestrinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi, beşiyi adlandırıb. O, türk ölkələri arasında mədəniyyət sahəsində geniş əməkdaşlıq fəaliyyətlərindən danışıb.

Qazaxıstandan tədbirə qoşulan Beynəlxalq Həmrəylik Təşkilatının Qazaxıstan kordinatoru, “Vətən” cəmiyyətinin sədri Ömər Səid Şuşa Bəyannaməsinin imzalanmasını Türk dünyasındakı mühüm əhəmiyyətə malik bir hadisə kimi dəyərləndirib.

“Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Əlizadəqızı 2026-cı ildə Türkoloji qurultayın 100 illiyinin, Nizami Gəncəvinin 880 illiyinin, Şuşa Bəyannaməsinin 5 illiyinin tamam olmasından danışıb. O, Azərbaycan mədəniyyətinin xaricdə təbliğinin əhəmiyyətli olduğunu qeyd edib.

Sonda tədbir iştirakçıları bir daha Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətli bir sənəd olduğunu vurğulayıblar.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında 244 gündür qeyri-müəyyən vəziyyətdə həbsdədirlər

GADTB: Evin həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Yusif Karı həbslərinin doqquzuncu …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …