Çərşənbə , Sentyabr 16 2026
azfa

Amnesty International: İran İslam Respublikası rejimi etirazları yatırmaq üçün insanlıq əleyhinə cinayətlər törədib

GADTB: Amnesty International-ın İran üzrə “X” sosial şəbəkə hesabı bildirib ki, təşkilatın yeni hesabatı İran İslam Respublikası rejiminin rəsmilərinin etirazları yatırmaq məqsədilə insanlıq əleyhinə cinayətlər törətdiyini göstərir.

Təşkilat bu cinayətlər sırasına qətl, işgəncə, zorlama və cinsi zorakılığın digər formaları, məcburi yoxa çıxarma, həbs, habelə siyasi, gender, dini və etnik əsaslarla təqib və təzyiqləri aid edib.

Amnesty International-ın İran üzrə “X” sosial şəbəkə hesabında yayımlanan paylaşımın mətni: “Amnesty International-ın yeni hesabatı belə nəticəyə gəlir ki, İran İslam Respublikası rejiminin rəsmiləri etirazları yatırmaq məqsədilə qətl, işgəncə, zorlama və cinsi zorakılığın digər formaları, məcburi yoxa çıxarma, həbs, eləcə də siyasi, gender, dini və etnik səbəblərə görə təqib və təzyiqlər də daxil olmaqla, insanlıq əleyhinə cinayətlər törədiblər.”

Həmçinin yoxlayın

İranın Türkiyə və Gürcüstandan uçuşlarına məhdudiyyət tətbiq edilir

GADTB: İranın aviasiya sənayesinə qarşı beynəlxalq məhdudiyyətlərin davam etdiyi bir vaxtda, Mahan Hava Yolları şirkətinin …

Mərənddə “Saray” türk tamaşası səhnəyə qoyuldu

GADTB: Məhəmməd Yusifzadənin müəllifi və rejissoru olduğu “Saray” türk tamaşası Mərdanda səhnəyə qoyulub. Tamaşa 1405-ci …