Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İranın Türkiyə və Gürcüstandan uçuşlarına məhdudiyyət tətbiq edilir

GADTB: İranın aviasiya sənayesinə qarşı beynəlxalq məhdudiyyətlərin davam etdiyi bir vaxtda, Mahan Hava Yolları şirkətinin İstanbul hava limanındakı fəaliyyətinə yeni məhdudiyyət qoyulub. Gürcüstan da İran aviaşirkətlərinin bu ölkəyə uçuşlarının dayandırılacağını açıqlayıb.

İstanbul hava limanının rəsmiləri Mahan Hava Yolları şirkətinə bildiriblər ki, şirkət sentyabrın sonundan etibarən bu hava limanında fəaliyyətini davam etdirmək icazəsinə malik olmayacaq.

Eyni zamanda, Gürcüstan açıqlayıb ki, sentyabrın 30-dan İran aviaşirkətlərinin bu ölkəyə uçuşları dayandırılacaq. Məlumatlara görə, bu qərarın ardınca sentyabrın 29-dan Tbilisi və Batumi istiqamətlərinə bilet satışı dayandırılacaq, bu istiqamətlər üzrə tur paketləri də ləğv ediləcək.

Gürcüstan Mülki Aviasiya Agentliyi sentyabrın 10-da açıqlamışdı ki, ölkə aviasiya sahəsində beynəlxalq sanksiyaları tətbiq edəcək.

Bu qərar ABŞ Maliyyə Nazirliyinin 27 İran aviaşirkətinə, o cümlədən Ata, Asiman, İran Air Tur, Zaqros, Qeşm Air, Kiş Air və Taban şirkətlərinə sanksiya tətbiq etməsindən sonra gündəmə gəlib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …