Cümə , Sentyabr 18 2026
azfa

Ankarada X Türk Dili Qurultayı keçirilir

GADTB: Türk dünyasının dilçi alimləri bir araya gəldi.

Türkiyənin paytaxtı Ankara X Türk Dili Qurultayına ev sahibliyi edir. Qurultayda 21 ölkədən 167 tədqiqatçı qatılıb.

Qurultay Atatürk adına Ali Mədəniyyət, Dil və Tarix Qurumunun yeni binasında keçirilir. Qurultayın ilk günündə Azərbaycanın paytaxtı Bakıda Türk Dövlətləri Təşkilatının Ortaq Əlifba komissiyasının qəbul etdiyi 34 hərfdən ibarət “Ortaq Türk Əlifbası” konsensusu qiymətləndirilib. Türk dövlətləri arasında mədəni-tarixi əlaqələrin daha da möhkəmlənəcəyi vurğulanıb. İştirakçılar dilin millətlər üçün əhəmiyyətinə də diqqət çəkiblər. Konqresin açılış mərasimində “2024 Türk Dilinə Xidmət Mükafatları” təqdim olunub. Qurultay 27 Sentyabr Cümə gününə qədər davam edəcək. “10-cu Türk Dili Qurultayının Nəticə Bəyannaməsi” ictimaiyyətlə paylaşılacaq.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …