Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi həbs etdiyi fəalları hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi fəalları hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.

İranın ETTELAAT qüvvələri tərəfindən həbsdə saxlanılan 7 azərbaycanlı fəalın həbsinin üstündən 8 ay keçib. Tehranın Evin zindanında tutulan məhbuslar arasında Əbdüləziz Əzimi Qədim, Araz Aman, Tahir Nəqəvi, Murtaza Pərvin, Hüseyn Piri, Bağır Hacızadə və Ayaz Seyfxah var.

Fevralın 6-da Güney Azərbaycanın müxtəlif şəhərlərində həbs edilən fəallar vəkillə görüşməkdən, həkim yoxlanışından, habelə girov müqabilində zaminə buraxılmaq kimi qanunu hüquqlardan məhrumdurlar.

Məlumata görə, Hüseyn Piri qanunsuz həbsə görə ikinci dəfə aclıq aksiyasına başlayıb. Bildirilib ki, Qarabağ müharibəsində Azərbaycanı dəstəkləməsinə və Urmu gölünün qurudulmasına etiraz etdiyi üçün ona basqılar edilib və o, habelə “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …