Şənbə , Fevral 15 2025
azfa

Antalyada azərbaycanlı öyrəncinin Dədə Qorqud dastanına aid əsərlərindən ibarət sərgi keçirilib

GADTB: Güney Azərbaycanın Təbriz şəhərindən olan öyrəncinin Antalyada Dədə Qorqud dastanına aid əsərlərindən ibarət sərgi keçirilib.

Azərbaycanlı dizayner və tələbə Elnaz Xakzadın Dədə Qorqud dastanından bəhs edən əsərləri Antalyada keçirilən “Yörük və Türkmən” festivalında sərgilənib.

Sərgiyə qatılan Elnaz Xakzad Təbriz şəhərində Dədə-Qorqud dastanınin təsvirlərinin tədqiqi mövzusunda magistrlik dissertasiyası müdafiə edən doktorantdır.

Qeyd edək ki, artıq ikinci ildir Antalyada “Yörük və Türkmən” festivalı keçirilir.

 Festivalda dünyanın hər yerindən türklər iştirak edir və öz bölgələrinin mədəniyyətini, adət-ənənələrini müxtəlif üsullarla nümayiş etdirirlər.

Həmçinin yoxlayın

Traxtur klubunun Sahibi İranda rasizm kəskin tənqid etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi dairələri və fars irqçilərinə xitabən müsahibə …

Təbrizdə şirniyyat daşıyan sürücülər tətil keçiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində “Şirin Əsəl” Qida Sənaye Qrupunun …