Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) sayın Şahin bəy Vəlisoya atasının vəfatı münasibətilə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəyərli ziyalı və vətənpərvər insan sayın Şahin Vəlisoyun hörmətli atasının vəfatı münasibətilə Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) dərin hüznlə başsağlı mesajı yayıb. Başsağlığı mesajında deyilir:

“Dəyərli dostumuz sayın Şahin bəy! Hörmətli atanızın vəfatı xəbəri GADTB üzvlərini də hüznə qərq etmişdir. GADTB rəhbərliyi və bütün üzvləri Sizə dərin hüznlə başsağlığı verir və mərhum atanıza rəhmət diləyir. Ruhu şad, məkanı cənnət olsun.

Tanrıdan Sizə və bütün ailə üzvlərinə səbir diləyirik. Son qəminiz olsun!”

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …