Antiazərbaycan valiyə görə Tikantəpənin imam cüməsi bu vilayətdən ayrılmağı tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycanın Tikantəpə şəhərinin imam cüməsi İsa Bəradəri Qərbi Azərbaycanın Antiazərbaycan valisinə xəbərdarlıq edərək deyib ki, Tikantəpənin problemlərinə baxılmayacağı təqdirdə şəhər əhalisi əyalətdən ayrılaraq Zəncan Əyalətinə birləşməyi tələb edəcək.

İmam Cümə deyib: “Bu qədər zəngin mədənlərə sahib olan Tikantəpə səlahiyyətli şəxslər, xüsusi ilə də yerli məsulların diqqətindən kənarda qaldığı üçün yoxsul vəziyyətdədir. Qızıl mədənlərindən ildə milyardlar tümən məbləğində pul əldə edilir, lakin bir rial belə bölgə əhalisinə xərclənmir. Təəssüflər olsun ki, mədənlərdən əldə olunan gəlirin qanunla nəzərdə tutulan 15 faizi və əlavə dəyərin 9 faizi Tikantəpə əhalisinə çatmayıb. Bu məbləğ ödənilərsə, Tikantəpə bu vəziyyətdən çıxar, hətta dövlət büdcəsinə belə ehtiyac qalmaz”.

Bəradəri Tikantəpə yollarının, o cümlədən Tikantəpə-Sayınqala yolunun bərbad vəziyyətdə olduğunu bildirib.

O deyib: “Məsulların Tikantəpəyə bu şəkildə laqeyd münasibət bəsləməsi qəbuledilməzdir. Əyalət rəhbərliyi Tikantəpənin vəziyyətinə diqqətə yetirməsə, şəhər əhalisi Qərbi Azərbaycandan ayrılaraq Zəncan əyaləti ilə birləşmək istəyəcək. O zaman çoxlu mədən və mədəni potensiala malik olan Tikantəpə və “Təxt-i Süleyman” kimi yerlərin əyalətdən ayrılacağına şahid olacaqsınız. Biz bunu ürəkdən arzulamırıq, lakin vəziyyət belə davam edərsə, bu məntəqədə xoşagəlməz hadisələr baş verə bilər”.

Qeyd edək ki, işğalçı fars rejim Qərbi Azərbaycana qeyri-yerli və kürd vali təyin etməklə bu bölgəni kürdləşdirib Azərbaycanda Kürdüstan yaratmağı qarşıya məqsəd qoyub. Təyin etdiyi vali isə Azərbaycanın büdcəsini ancaq kürdlərə xərcləyir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın