Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Apellyasiya Məhkəməsi azərbaycanlı fəal Vəhid Əbhəriyə təyin edilən cəzanı 2 il təxirə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Vəhid Əbhəriyə qarşı çıxarılan cəza qərarı təxirə salınıb.

Apellyasiya Məhkəməsindən dekabrın 13-də Vəhid Əbhərinin vəkili Əsgər Məhəmmədiyə bildiriblər ki, fəala qarşı verilən 91 günlük həbs və 2 milyon 100 min tümənlik cərimə cəzasının iki il müddətinə təxirə salınıb.

Qeyd edək ki, Vəhid Əbhəri bundan öncə rejimin Təbrizdəki ikinci Cinayət Məhkəməsinin 111-ci şöbəsinin hakimi Rza Füruğinin sədrliyi ilə mühakimə edilmişdi. Fəala 3 ay həbs və 2 milyon 100 min tümən cərimə cəzası qərarı çıxarılmışdı.

Məhkəmə həmçinin Vəhid Əbhərinin təcridxanada saxlanılması günlərinin həbs müddətindən azaldılması və qalan cəzasının iki ayının 2 il müddətinə gecikdirilməsi barədə qərar qəbul etmişdi.

Vəhid Əbhəri şərlənərək “Kiber məkanda komunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittiham edilmişdi və həmin qərar da bu ittihama görə verilmişdi.

Vəhid Əbhəri iyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarına keçirilən dəstək mitinqi ilə bağlı yaxalanmışdı.

Vəhid Əbhəri 2016-cı ildə mədəni fəaliyytlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq 5 gün dindirildikdən sonra sərbəst buraxılmışdı.

O, 2017 və 2018-ci illərdə Babək Qalası Qurultayında iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün də yaxalanmışdı.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …