Çərşənbə , İyun 10 2026
azfa

10 nəfər azərbaycanlı fəal məhkəmədən bəraət aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsi 10 nəfər azərbaycanlı milli-mədəni fəala bəraət qərarı verib.

Apellyasiya Məhkəməsinin ikinci şöbəsinin qərarına görə, azərbaycanlı fəallar Ulduz Qasimi, Cabbar Rahdar, Hadi Əfsəri, Qulamhüseyn Qərəcədağı, Puya Xudayi, Şayan Təqəvi, Yaşar Kazimi, Arif Muradpur, Əbülfəz Kəraməti və Hüseyn Yusifiyə qarşı irəli sürülən ittihamlardan bəraət verilib.

Dekabrın 13-də Ulduz Qasimi vəkili Əsgər Məhəmmədi ilə birlikdə Apellyasiya Məhkəməsinin ikinci şöbəsinə müraciət etdikdə onun və başqa fəalların işi barədə məhkəmə iclasının keçirildiyi və onlara bəraət verildiyini xəbər alıb.

Qeyd edək ki, bundan öncə İranın Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsi həmin milli fəallara qarşı “Qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək” ittihamı irəli sürmüşdü.

Apellyasiya Məhkəməsi sübutlar olmadığı üçün bəraət qərarı vermişdi. Lakin İran rejiminin prokurorunun etirazı ilə azərbaycanlı fəallar rejimin Təbrizdəki Apellyasiya Məhkəməsinə göndərilmişdilər.

Ulduz Qasimi və digər fəallar iyulun 24-də Təbrizdə keçirilən etiraz aksiyası ilə əlaqədar yaxalanmışdi. O iyulun 28-də 100 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …