Bazar ertəsi , Fevral 9 2026
azfa

Aşıq Hüseyn Bozalqanlının 155 illiyi qeyd ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aşıq sənətinin görkəmli nümayəndəsi, dastançı və “Koroğluxan” aşıq, aşıq ədəbiyyatının dərin bilicisi, görkəmli sənət ustası Aşıq Hüseyn Bozalqanlının anadan olmasının 155 illiyi tamam olur.

Azərbaycan Aşıqlar Birliyinin üzvü Mahmud Əyyublu bildirilib ki, aşığın anadan olması geniş şəkildə qeyd ediləcək.

Aşıq Hüseyn 1863-cü ildə Tovuz rayonun Bozalqanlı kəndində anadan olub. Aşıq Hüseyn Bozalqanlı aşıq ədəbiyyatının və sənətinin dirçəldilməsində, yaşadılmasında misilsiz xidmətləri var. Aşığın dərin irsi tədqiqatçılar tərəfindən öyrənilib və bu ənənə hələ də davam etməkdədir.

Aşıq Hüseyn Bozalqanlının 2018-ci ildə ikicildlik əsəri çap olunub. O dövrün tanımış alimləri və qabaqcıl ziyalıları aşıqla sıx ünsiyyət saxlamışlar. Vəli Xuluflu “Koroğlu” dastanın bir neçə qolunu Aşıq Hüseyn Bozalqanlının söyləmələri əsasında yazıya köçürüb. Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan ilk aşıqdır. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarının yaradıcısıdır.

Sağlığında Əməkdar incəsənət xadimi adına layiq görülən Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib, doğulduğu Tovuz rayonunda dəfn olunub.

 

Həmçinin yoxlayın

“World Defence Show 2026”-da Azərbaycanın 180 adda hərbi məhsulu nümayiş olunur

GADTB: Azərbaycanın Müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı …

Təbriz Universitetinin əczaçılıq fakültəsinin tələbəsi Selin Radmehr saxlanılıb

GADTB: Təbriz Universitetinin əczaçılıq fakültəsində təhsil alan 24 yaşlı Selin Radmehr bazar günü, 19 bəhmən …

Bir cavab yazın